Malayziya (malay Malaysia) — Cənub-Şərqi Asiyada dövlət. 1957-ci ildə Böyük Britaniyadan müstəqillik qazanmış, 1963-cü ildə Malayziya Federasiyanın 11 ştatı Sinqapur, SaravakSabahla (keçmiş Şimali Borneo) birləşmişdir. Lakin, 1965-ci ildə Sinqapur federasiyadan ayrılmışdır. Şimalda Tayland, cənubda İndoneziyaSinqapur ilə qonşudur. Bundan əlavə qərbdən Andaman dənizi, şərqdən Cənubi Çin Dənizinə çıxışı var. Ölkə coğrafi baxımdan Qərbi MalayziyaŞərqi Malayziya olmaqla 2 bölgəyə, bu bölgələr isə 10 ştata ayrılır. Paytaxtı Kuala Lumpur şəhəridir. Lakin, federal hökumət Putracaya şəhərində yerləşir. 30 milyon nəfər əhalisi olan Malayziya dünyada əhalisinin sayına görə 44-cü yerdədir. Avrasiya materikinin cənub nöqtəsi olan Tanjunq Piai də Malayziyadadır.

Malayziya
Malayziya
马来西亚
மலேசியா
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
Bersekutu Bertambah Mutu[1]
"Birlik gücdür"
Himn: 
"Negaraku"
Mənim ölkəm
Tarixi
 • Böyük Britaniyadan müstəqillik 31 avqust 1957
 • Federasiyanın qurulması 16 sentyabr 1963
Rəsmi dilləri
Paytaxt Kuala Lumpur[2]
İdarəetmə forması Federativ seçkili konstitusiyalı monarxiya
Yanq di-Pertuan Aqonq (Ali başçı) Ibrahim Iskandar
Baş nazir Ənvər İbrahim
Sahəsi Dünyada 66-cı
 • Ümumi 330803 km²
 • Su sahəsi (%) 0,3
Əhalisi
 • Əhali 28 276 000 nəfər (43-cü)
 • Siyahıyaalma (2000) 24 821 286 nəf.
 • Sıxlıq 86 nəf./km² (114-cü)
ÜDM (AQP)
 • Ümumi $384 119 milyon dollar
 • Adambaşına $14 071 dollar
ÜDM (nominal)
 • Ümumi (2008) $222 219 milyon dollar
 • Adambaşına $8 140 dollar
İİİ (2008) 0.823 (artış; 63-cü)
İnternet domeni .my
ISO kodu MY
BOK kodu MAS
Telefon kodu +60
Saat qurşaqları
Nəqliyyatın yönü sol[d][4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müstəqillik əldə etdikdən sonra, Malayziya Asiyada ən yaxşı inkişaf edən iqtisadiyyata malik ölkələrdən biri hesab olunur. Hər il ortalama ÜDM artımı 6,5%-dir. Bugün, Malayziya bazar iqtisadiyyatına malik, yeni sənayeləşmiş ölkələr qrupuna daxildir. ÜDM göstəricisinə görə Malayziya dünya ölkələri arasında 29-cu yerdədir.

Etimologiya

redaktə

Malayziya sözü malay kökündən və latın-yunan -ia şəkilçisindən[5] ibarətdir. Bu "malaylar torpağı" mənasını daşıyır.[6] "Melayu" sözünün mənası mübahisəlidir. O, ya sanskrit dilində yüksək dağlıq ərazisi mənasını daşıyan "Himalaya" sözündən, və ya dağ şəhəri mənasını daşıyan "Malaiyur-pura" ifadəsindən gələ bilərdi.[7]

Başqa bir nəzəriyyəyə görə Malayziya sözünün mənşəyi Tamil dilindəki malai (dağ) və ur (şəhər və ya torpaq) sözlərindən gəlir.[8][9][10][11]

Müasir insanların indiki Malayziya ərazisində təxminən 40000 il əvvəl məskunlaşdıqları təxmin edilir.[12] Burada ilk məskunlaşan insanların neqritos olduqları ehtimal edilir.[13] I əsrdə ÇinHindistandan olan ticarətçilər və məskunlar Malayziyaya köçməyə başladılar. II və III əsrdə onlar burada bir neçə şəhər və limanın əsası qoydular. Onların burada məskunlaşması Malayziya xalqının Çin və Hindistan mədəniyyətinin təsiri altına düşməsi ilə nəticələndi, HinduizmBuddizm dinləri yerli xalq arasında yayılmağa başladı. Sanskrit dili və yazısı IV və V əsrlərdə burada peyda oldu. Malay yarımadasının şimalındakı ərazilərdə Lanqkasuka dövləti II əsrdə formalaşdı və XV əsrə qədər mövcudluğunu qorudu. VII və XIII əsrlər arasında Malay yarımadasının cənubunun çox hissəsi dəniz Srivijayan imperiyasının bir hissəsi idi. 13-cü və 14-cü əsrlərdə Majapahit imperiyası Srivijayadan yarımadanın çox hissəsi və Malay arxipelaqı üzərində müvəffəqiyyətlə nəzarəti ələ keçirdi.[14] XV əsrdə Malakkada İslam dini yayıldı və bütün yarımadanı əhatə etdi.

Portuqaliyalılar 1511-ci ildə Malay yarımadasını ələ keçirdilər. Hollandiya donanması 1606-cı ildə Hollandiya-Portuqaliya müharibəsinin bir hissəsi olaraq Malakka nəzarətini ələ keçirmək üçün Portuqaliya armadası ilə döyüşür. 1641-ci ildədə Portuqaliyalılar Malakkadan geri çəkildi. Hollandiyalılar burada 1795-ci ilə qədər hakim qüvvə oldular. Penanqda 1786-cı ildə və Sinqapurda 1824-cü ildə yerləşməyə başlayan İngilislər getdikcə ticari və siyasi fəaliyyətlərini artırdılar. Bu vaxt müxtəlif Malayziya ərazilərini işğal etməyə cəhd edən Taylanda qarşı mübarizə başlandı. Malayziyanı Hollandlar 1826-cı ildə təkrar işğal etdilər.

İkinci Dünya Müharibəsində Yapon Ordusu üç ildən çox Malaziya, Şimali Borneo, Saravak və Sinqapuru işğal etdi. Bu dövrdə etnik gərginliklər yüksəldi və millətçilik gücləndi. Malaya Müttəfiq qüvvələr tərəfindən yenidən fəth edildikdən sonra xalqın müstəqilliyə dəstəyi artdı.[15] 1946-cı ildə qurulan və Sinqapur istisna olmaqla, Malay yarımadasındakı bütün Britaniya mülklərindən ibarət olan Malay Birliyi tez bir zamanda ləğv edildi və 1 fevral 1948-ci ildə Malaziya hökmdarlarının muxtariyyətini bərpa edən Malaziya Federasiyası tərəfindən dəyişdirildi.

Bu müddət ərzində Malaziya Kommunist Partiyasının rəhbərliyi altında əsasən etnik çinli üsyançılar ingilisləri Malaziyadan çıxarmaq üçün partizan əməliyyatlarına başladılar. Malaziya Fövqəladə Halı (1948-1960) Malaziyada Birlik qoşunlarının uzun müddət davam edən üsyan əleyhinə kampaniyasını əhatə edirdi. [16]31 avqust 1957-ci ildə Malaya Millətlər Birliyinin müstəqil üzvü oldu.[17]

Baş nazir Mahathir Məhəmmədın dövründə 1980-ci illərdən başlayan sürətli iqtisadi artım və urbanizasiya dövrü baş verdi. İqtisadiyyat kənd təsərrüfatına əsaslanandan istehsal və sənayeyə əsaslanan iqtisadiyyata keçdi. Petronas Qüllələri, Şimal-Cənub Ekspres Yolu, Multimedia Super Dəhlizi və Putracayanın yeni federal inzibati paytaxtı kimi çoxsaylı meqalayihələr tamamlandı.[18]

Bununla belə, 1990-cı illərin sonunda Asiya maliyyə böhranı sonradan bərpa olunsa da, demək olar ki, valyutanın, fond və əmlak bazarlarının çökməsinə səbəb oldu. [19]1MDB qalmaqalı 2015-ci ildə o zamankı Baş nazir Nəcib Tun Əbdürrazaqı əhatə edən böyük qlobal korrupsiya qalmaqalı idi. Qalmaqal 2018-ci il ümumi seçkilərində müstəqillik əldə etdikdən sonra hakim siyasi partiyada ilk dəyişikliyə səbəb oldu. 2020-ci illərdə ölkə COVID-19 pandemiyasının səbəb olduğu sağlamlıq və iqtisadi böhranlarla üst-üstə düşən siyasi böhranın içində idi.

Malayziya iki əsas hissəndən ibarətdir: Malay yarımadasında və onun ətrafında yerləşən Qərbi Malayziyadan (və ya Yarımada Malayziyası) və Borneo adasında və onun ətrafında yerləşən Şərqi Malayziyadan. Qərbi Malayziyanın Taylandnan, Şərqi Malaysiyanın isə İndoneziya və Borneo ilə quru sərhədi var.[20] Ölkə həmçinin Sinqapurla torpaq bəndi və körpü ilə bağlıdır, Vyetnam[21] və Filippinlə[22] isə onun dəniz sərhədi var.

Malayziyanın iki hissəsi bir-biridən Cənubi Çin Dənizi ilə ayrılmışdır. Şəri və Qərbi Malayziyanın landşaftları oxşardır: sahilləri düzənliklərdir, sahildən uzaqlaşdıqça isə təpələr və dağlar yüksəlir.[20]

Biomüxtəliflik

redaktə

Malayziya 12 iyun 1993-cü ildə, Rio de Janeyro şəhərində Bioloji Müxtəlifliyin qorunmasına dair sənədi imzalamışdır.[23] Ölkə meqadiversdir.[24] Dünyada olan bütün heyvan növlərinin 20%-i Malayziyada yerləşir.[25] Ölkə ərazisində təqribən 210 məməli heyvan növünə rast gəlinir.[26] Malayziyanın yarımada hissəsində 620-dən çox quş növü aşkar edilmişdir.[25] 150 ilan növü,[27] 80 kərtənkələ növü də daxil olmaqla, ölkə ərazisində 250 növ sürünən qeydə alınıb. Malayziya həmçinin 150 qurbağa növü və minlərlə növ həşərata[26] da ev sahibliyi edir. Böyük hissəsi Şərqi Çin Dənizində yerləşən Malayziyanın iqtisadi zonası (su sahəsi ilə birlikdə) isə onun quru ərazisindən 1.5 dəfə böyükdür.[28][29] Malayziya sularında 1200 balıq və 600 mərcan növü var.[30] Qədim biomüxtəlifliyi olan Malayziya mağaraları isə ekoturizm həvəskarlarını həmişə özünə cəlb edir.[31]

Malayziya Statistika Departamentinin verdiyi məlumata görə, 2020-ci ildə ölkənin əhalisi 32 447 385 adam idi.[32] Beləliklə, Məlayziya əhali sayına görə dünyada 42-ci ölkədir.

 
2010-cu ildə keçirilən siyahıyaalmanın nəticələri

Əhalinin böyük hissəsi Qərbi Malayziyada yaşayır.[33] 2010-cu ildə təxminən 28 million Malayziyalının 20 millionu orda məskunlaşır.[34] Şəhər əhalisi 70%-i təşkil edir.[20] Əmək tutumlu sənayələrin inkişafının nəticəsində,[35] ölkədə təxminən 3 million miqrant işçi yaşayır. Onlar əhalinin təhminən 10%-i təşkil edir.[36]

Milli tərkib

redaktə

Malayziya əhalisinin 69,7%-i bumiputra kimi sayılır.[37] Bumiputeralar əsasən malaylardan[38] və həmçinin Sabah və Saravakda yaşayan yerli qruplardan ibarətdir. O cümlədən, dayaklar (ibanlar, bidayuhlar və oranq ulu qrupları), kadazandusunlar, melanaular, bacolar və s.. Qeyri-malay bumiputraların sayı Saravak əhalisinin yarısından artıq, Sabah əhalisinin isə üçdə ikisidən çox təşkil edir.[39][40] Bundan əlavə, Qərbi Malayziyada oranq əsli adlı adı altında sayılan bir sıra yerli etnik qruplar yaşayır.[41]

Malayziyada daha iki qeyri-bumipitra qrupu yaşayır. Ölkə əhalisinin 22,5%-i Malayziya çinliləri, 6,8%-i isə Malayziya hindliləri təşkil edir.[37] Malayziya çinliləri əsasən hokkien, kantonlu, hakka, tioçu və s. Cənubi Çindən gələn etnik qruplara aiddir.[42] Onlar ölkənin iqtisadiyyatında böyük rol oynayır. Malayziya hindləri isə əsasən tamillərdir.[43][44]

2010-cu ilin siyahıya almaya görə, İslam dininə etiqad edənlər əhalinin 63,5%-i, buddizmə 18,7%-i, xristianlığa 9,1%-i, hinduizmə 6,1%-i təşkil edir, əhlinin 1,3%-i isə konfusiçilik, daosizm və ya başqa Çin xalq dinlərinə etiqad edir. Qalan 2,7%-i isə dinləri haqqında məlumat verməyib.[32]

Malayziyada yaşayan çinlilər buddizmin maxayana formasını, konfusiçilikdaosizmi qəbul edirlər. Xristianlar əsasən, Cənubi Asiyadan gələnlər, çinlilər və avropalılardır. Xristianlar həm katoliklər (335 min nəfər, Malayziya və Bruneydə), həm də protestantlarla (225 min nəfər) təmsil olunublar. Protestantlar arasında metodistlər (85 min nəfər) daha çoxdur. Bununla yanaşı anqlikanlar (40 min nəfərdən çox), lüteranlar (35 min nəfər), presviterianlar (20 min nəfər), baptistlər (8 min nəfər), yeddinci gün adventistləri (7 min nəfər) və digər xristian təriqətləri vardır. İnduizmə etiqad edənlərin 70%-i Cənubi Asiyadan gələnlərdir. Malayziyada siqxlər də yaşayırlar. Bunlar Cənubi Asiyadan gələnlərin 2%-ni təşkil edir. Şərqi Malayziyada yaşayan dyakların böyük əksəriyyəti və Qərbi Malayziyanın azsaylı xalqları ənənəvi kultlarını qouyub saxlayırlar.

Mədəniyyəti

redaktə
 
P. Ramli, Malayziya müğənnisi

Malayziya zəngin mədəniyyətə malik ölkədir. Malayziya mədəniyyəti qarışıqdır, yəni müxtəlif xalqlara məxsus xüsusiyyətləri burada tapmaq olar.

Mətbəxi

redaktə

Malayların maraqlı və xeyirli mətbəxi var. Səhər yeməyi nasi lemak adlanır. Malaylar düyüdən, balıqdan, ətdən və s-dən geniş istifadə edirlər. Vəhşi heyvanların və quşların ətini, həşəratları və s. yemək qadağan edilib.

Geyimləri

redaktə

Malayların qadın geyimi baju kurunq adlanır. O, dizə qədər uzanan paltar-köynəkdir. Onu uzun ətəyin üstündən geyinirlər. Bəzən daha qısa köynək-baju kebaya da geyinirlər. Malaylar müsəlman olduqları üçün qadınlar başlarını yaylıqla örtürlər. Kişi geyimi isə baju melayu adlanır. Malaylar çox əlvan geyinməyi sevmirlər.

Malayziyanın rəsmi və milli dili malay dilinin standartlaşmış forması olan[45] Malayziya malaycasıdır.[20] Hökumətin rəsmi siyasəti Bahasa Malaysia ("Malayziya dili") ifadəsini işlətməkdir.[46][47][48] Eyni zamanda, qanunvericilikdə Bahasa Melayu ("malay dili") ifadəsi də işlədilir.[49] Beləliklə, hər iki ifadə işlənməkdədir.[50][51] 1967-ci ilin Milli Dil Aktına görə latın (rumi) əlifbası rəsmi əlifbadır, amma cavi əlifbası qadağan deyil.[52]

İngilis dili geniş yayımlanmış ikinci dil səviyyədə qalır. 1967-ci ilin Milli Dil Aktı onun bəzi rəsmi məqsədlər üçün işlətməsinə icazə verir.[52] Saravak ştatında həm ingilis dili, həm də Malayziya dili rəsmidir.[53][54][55]

Malayziya Çinliləri əsasən mandarin, kanton və hokkien dillərində danışır.[56] Malayziya hindliləri isə əsasən tamil dilində danışır.[57] Ümumiyyətlə Malayziyada 137 dil danışılır.[58]

İstinadlar

redaktə
  1. "Malaysian Flag and Coat of Arms". Malaysian Government. 22 October 2013 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 September 2013.
  2. 2007-ci ildən etibarən Malayziya federal hökumətinin iqamətgahı Putracaya şəhəridir.
  3. 152.1 // Federal Constitution, Perlembagaan Persekutuan.
  4. http://chartsbin.com/view/edr.
  5. Room, Adrian. Placenames of the World: Origins and Meanings of the Names for Over 5000 Natural Features, Countries, Capitals, Territories, Cities and Historic Sites. McFarland & Company. 2004. səh. 221. ISBN 978-0-7864-1814-5.
  6. "The World Factbook – Malaysia". Central Intelligence Agency. 2020. 2021-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-21.
  7. Abdul Rashid Melebek; Amat Juhari Moain, Sejarah Bahasa Melayu ("History of the Malay Language"), Utusan Publications & Distributors, 2006, 9–10, ISBN 978-967-61-1809-7
  8. Weightman, Barbara A. Dragons and Tigers: A Geography of South, East, and Southeast Asia. John Wiley and Sons. 2011. səh. 449. ISBN 978-1-118-13998-1. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-29.
  9. Tiwary, Shanker Shiv. Encyclopaedia Of Southeast Asia And Its Tribes (Set Of 3 Vols.). Anmol Publications Pvt. Ltd. 2009. səh. 37. ISBN 978-81-261-3837-1. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-29.
  10. Singh, Kumar Suresh. People of India. 26. Anthropological Survey of India. 2003. səh. 981. ISBN 978-81-85938-98-1.
  11. NEWS, UNAIR. "Tinjauan Literatur Sistematis Komparatif antara Studi Pariwisata Halal Indonesia dan Malaysia". Universitas Airlangga Official Website (indoneziya). 2024-06-07. 2024-07-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-21.
  12. Holme, Stephanie. "Getaway to romance in Malaysia". stuff.co.nz. 13 February 2012. 29 November 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 January 2014.
  13. Fix, Alan G. "Malayan Paleosociology: Implications for Patterns of Genetic Variation among the Orang Asli". American Anthropologist. New Series. 97 (2). June 1995: 313–323. doi:10.1525/aa.1995.97.2.02a00090. ISSN 0002-7294. JSTOR 681964.
  14. (#empty_citation)
  15. (#empty_citation)
  16. (#empty_citation)
  17. (#empty_citation)
  18. (#empty_citation)
  19. (#empty_citation)
  20. 1 2 3 4 "Malaysia". CIA. 15 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 March 2014.
  21. "To Reduce Conflicts, Indonesia and Malaysia Should Meet Intensively". Universitas Gadjah Mada. 25 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2010.
  22. Prescott, John Robert Victor; Schofield, Clive H. Undelimited maritime boundaries of the Asian Rim in the Pacific Ocean. International Boundaries Research Unit. 2001. səh. 53. ISBN 978-1-897643-43-3. 2022-06-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-26.
  23. "List of Parties". 24 January 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 December 2012.
  24. "Biodiversity Theme Report". Australian Government Department of the Environment, Water, Heritage and the Arts. 2001. 8 December 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 January 2009.
  25. 1 2 Alexander, James. Malaysia Brunei & Singapore. New Holland Publishers. 2006. 46–50. ISBN 978-1-86011-309-3.[ölü keçid]
  26. 1 2 Richmond, Simon. Malaysia, Singapore & Brunei. Lonely Planet. 2010. 74–75. ISBN 978-1-74104-887-2.
  27. Richmond, Simon. Malaysia, Singapore and Brunei. Lonely Planet. 2007. 63–64. ISBN 978-1-74059-708-1.
  28. Exclusive Economic Zones Arxivləşdirilib 2008-05-28 at the Wayback Machine – Sea Around Us Project – Fisheries, Ecosystems & Biodiversity – Data and Visualization.
  29. De Young, Cassandra. Review of the state of world marine capture fisheries management: Indian Ocean. Food and Agriculture Organization of the United Nations. 2006. səh. 143. ISBN 978-92-5-105499-4. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  30. "Saving the gardeners of the ocean". Inquirer Global Nation. 12 July 2010. 10 December 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 December 2010.
  31. "Species diversity and food-web complexity in the caves of Malaysia". Ambient Science, 2014 Vol 1(2). 3 May 2014 tarixində orijinalından arxivləşdirilib.
  32. 1 2 "Population Distribution and Basic Demographic Characteristics" (PDF). Department of Statistics, Malaysia. səh. 82. 22 May 2014 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 4 October 2011.
  33. Hassan, Asan Ali Golam. Growth, structural change, and regional inequality in Malaysia. Ashgate Publishing. 2004. səh. 12. ISBN 978-0-7546-4332-6. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-22.
  34. "Malaysia". United States State Department. 14 July 2010. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 September 2010.
  35. Permatasari, Soraya. "As Malaysia deports illegal workers, employers run short". The New York Times. 13 July 2009. 22 December 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2010.
  36. Kent, Jonathan. "Illegal workers leave Malaysia". BBC News. 29 October 2004. 2 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 October 2010.
  37. 1 2 "Infographics". Department of Statistics. 2 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 August 2021.
  38. Brant, Robin. "Malaysia's lingering ethnic divide". BBC News. 4 March 2008. 3 August 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2013.
  39. "2. Socio-Economic and National Context [People]". Malaysian-Danish Country Programme for Cooperation in Environment and Development (2002–2006). Miljøstyrelsens Informationscenter. 21 September 2004 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2020.
  40. Leong, Trinna. "Who are Malaysia's bumiputera?". The Straits Times. 3 August 2017. 20 September 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 September 2020.
  41. Gomes, Alberto G. Modernity and Malaysia: settling the Menraq forest nomads. Taylor & Francis Group. 2007. səh. 10. ISBN 978-0-203-96075-2. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-18.
  42. Khor, Samantha. "The Origins Of The Hokkien, Cantonese, And Other Chinese Dialect Groups In Malaysia". Says.com. 4 Nov 2016. 2016-11-07 tarixində arxivləşdirilib.
  43. Kuppusamy, Baradan. "Racism alive and well in Malaysia". Asia Times. 24 March 2006. Archived from the original on 24 March 2006. İstifadə tarixi: 27 October 2010.
  44. West, Barbara A. Encyclopedia of the Peoples of Asia and Oceania, Volume 1. Facts on File inc. 2009. səh. 486. ISBN 978-0-8160-7109-8. 2023-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-20.
  45. "Malay, Standard". Ethnologue. 2009. 16 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 July 2011.
  46. "Mahathir regrets govt focussing too much on Bahasa". Daily Express. Kota Kinabalu. 2 October 2013. 12 July 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 October 2013.
  47. "Bahasa Rasmi" (birman). Malaysian Administrative Modernisation and Management Planning Unit. 15 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021. Perkara 152 Perlembagaan Persekutuan menjelaskan bahawa bahasa Melayu yang dikenali juga sebagai bahasa Malaysia adalah bahasa rasmi yang tidak boleh dipertikai fungsi dan peranannya sebagai Bahasa Kebangsaan.
  48. Encik Md. Asham bin Ahmad. "Malay Language Malay Identity". Institute of Islamic Understanding Malaysia. 8 August 2007. 15 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.
  49. "Federal Constitution" (PDF). Judicial Appointments Commission. 24 March 2012 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 November 2011.
  50. Fernandez, Kathleen. "The history of Bahasa Melayu / Malaysia: The language of the Malay(sian) people". 1 June 2016. 15 November 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 April 2021.
  51. Williamson, Thomas. "Incorporating a Malaysian Nation" (PDF). Cultural Anthropology. 17 (3). August 2002: 401. doi:10.1525/can.2002.17.3.401. 2022-11-15 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-11-21.
  52. 1 2 National Language Act 1963/67 // Act No. 32 of 1967 (PDF). Dewan Rakyat.
  53. Sulok Tawie. "Sarawak makes English official language along with BM". Malay Mail. Kuala Lumpur. 18 November 2015. 2 April 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2015.
  54. "Sarawak to recognise English as official language besides Bahasa Malaysia". Borneo Post. Kuching. 18 November 2015. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 November 2015.
  55. "Sarawak adopts English as official language". The Sun. Kuala Lumpur. 19 November 2015. 20 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2015.
  56. Gerhard, Leitner; Azirah, Hashim; Hans-Georg, Wolf; Xiaomei, W. The Chinese language in the Asian diaspora: A Malaysian experience // Communicating with Asia: The Future of English as a Global Language. Cambridge University Press. 2016. 205–215. doi:10.1017/CBO9781107477186.014. ISBN 978-1-107-06261-0. 2022-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-03.
  57. Schiffman, Harold F. "Malaysian Tamils and Tamil Linguistic Culture". University of Pennsylvania. 31 December 1998. 25 August 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 June 2022.
  58. "Ethnologue report for Malaysia". Ethnologue. 18 October 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2010.

Həmçinin bax

redaktə