Azərbaycan SSR Xalq Komissarları Soveti

Azərbaycan SSR Xalq Komissarları SovetiAzərbaycan Sovet Sosialist Respublikasının ali icraedici hakimiyyət orqanı.

Azərbaycan SSR Xalq Komissarları Soveti
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan SSR
Yaradılma tarixi 28 aprel 1920
Əvvəlki qurum Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası
Ləğv edilib 28 mart 1946
Sonrakı Azərbaycan SSR Nazirlər Soveti
Tabelik Azərbaycan Sovet Sosialist Respublikası
Baş qərargah Bakı şəhəri

Tərkibi

redaktə

1920-ci il aprel ayının 28-də Azərbaycan SSR İnqilab Komitəsi yeni hökumətin — Azərbaycan SSR Xalq Komissarları Sovetinin aşağıdakı tərkibini təsdiq etdi:

Bu, Azərbaycanın sovet hökumətinin ilk kabineti idi. 1920-ci ilin avqustunda isə Kiçik Xalq Komissarları Soveti yaradıldı. Onun əsas vəzifəsi Azərbaycan SSR İnqilab Komitəsinin səlahiyyətinə aid olan məsələləri ətraflı müzakirə etmək və hazırlamaq idi. Xalq komissarlarının hamısı, Xalq Təsərrüfatı şurasının və Fövqəladə Komissiyasının, Hərbi İnqilabi Səhra Tribunalının nümayəndələri Kiçik Xalq Komissarları Sovetinin üzvü idilər.

1 may 1920-ci il tarixində müstəqil xalq kənd təsərrüfatı komissarlığı yaradıldı və bu vəzifə Səməd ağa Ağamalıoğluna tapşırıldı. Həmçinin Xalq Kənd Təsərrüfatı, Ticarət, Sənaye və Ərzaq Komissarlığının bazasında Xalq Neft Sənayesi və Dəniz Donanması Komissarlığı və Xalq Ərzaq Komissarlığı təsis edildi. 5 may 1920-ci ildə Qəzənfər Musabəyov xalq ərzaq komissarı təyin edildi.

İyun-iyul aylarında Nəriman Nərimanov xalq xarici işlər komissarı vəzifəsindən ayrıldı, bu vəzifə o tarixədək xalq maliyyə komissarı olmuş Mirzə Davud Hüseynova tapşırıldı. Xalq maliyyə komisarının müavini Nəsir Tağıyev isə xalq maliyyə komissarı təyin edildi. Həmçinin xalq səhiyyə və himayədarlıq komissarı Abid Alimovu vəzifəsində müavini Ağahüseyn Kazımov əvəz etdi.

12 iyun 1920-ci il tarixində o tarixədək xalq əmək və ədliyyə komissarı vəzifəsini tutmuş Əliheydər Qarayev xalq hərbi-dəniz işləri komissarının vəzifələrini icra edən olaraq təyin edildi. 21 iyun tarixində o komisaar vəzifəsinə təyin edildi və bu vəzifəni 1 fevral 1923-cü ilədək daşıdı. Sabiq xalq hərbi-dəniz işləri komissarı Çingiz İldırım isə Azərbaycan SSR Avtonəqliyyət İdarəsinin rəisi vəzifəsinə təyin edildi. Xalq əmək və ədliyyə komissarı vəzifəsinə isə Behbud ağa Şahtaxtinski təyin edildi.

10 noyabr 1920-ci il tarixində XKŞ-nin Nəriman Nərimanov rəhbərliyində keçirilmiş iclasında Xalq Əmək və Ədliyyə Komissarlığının bazasında Xalq Ədliyyə Komissarlığı, Xalq Əmək Komissarlığı və Xalq Sosial Təminat Komissarlığının yaradılması qərara alındı. Seyidcəfər Yaqubov xalq əmək, Möhsün Qədirli isə xalq sosial təminat komissarı vəzifəsinə təyinat aldı.

27 noyabr 1920-ci ildə çevrilmə və birləşmə yolu ilə Xalq Xarici Ticarət Komissarlığı təsis edildi və Teymur Əliyev komissar vəzifəsinə təyinat aldı.

6 may 1921-ci ildə işə başlayan Birinci Ümumazərbaycan Sovetlər qurultayında Xalq Komissarları Şurasının tərkibi aşağıdakı kimi qərarlaşdırıldı:

  1. Xalq Xarici İşlər Komissarlığı
  2. Xalq Hərbi-Dəniz İşləri Komissarlığı
  3. Xalq Daxili İşlər Komissarlığı
  4. Xalq Ədliyyə Komissarlığı
  5. Xalq Əmək Komissarlığı
  6. Xalq Sosial Təminat Komissarlığı
  7. Xalq Maarifi Komissarlığı
  8. Xalq Poçt və Teleqraf Komissarlığı
  9. Xalq Maliyyə Komissarlığı
  10. Xalq Rabitə Yolları Komissarlığı
  11. Xalq Xarici Ticarət Komissarlığı
  12. Xalq Ərzaq Komissarlığı
  13. Xalq Səhiyyə Komissarlığı
  14. Neft Komissarlığı
  15. Xalq Təsərrüfatı Şurası
  16. Xalq Torpaq Komissarlığı
  17. Xalq Fəhlə və Kəndli Müfəttişliyi Komissarlığı

Xalq Komissarları Şurası bundan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Ümumazərbaycan Sovetlər Qurultayları qarşısında cavabdehlik daşıyırdı.

21 may 1921-ci il tarixində yeni tərkibdə Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk sessiyası keçirildi və sessiyada Xalq Komissarları Şurasının tərkibi təsdiqləndi.

28 noyabr 1921-ci ildə Möhsün Qədirli xalq səhiyyə komissarı vəzifəsinə təyin edildi, o tarixədəkki komissar Ağahüseyn Kazımov isə onun müavini oldu. Möhsün Qədirli 21 yanvar 1935-ci ilədək bu vəzifəni tutdu.

1927-ci ildə Xalq Komissarları Soveti tərkibində Mərkəzi Statistika İdarəsi təsis edildi.

Sədrlər

redaktə
şəkil Adı və soyadı Səlahiyyət müddəti
1
 
Nəriman Nəcəf oğlu Nərimanov
28 aprel 1920 - 7 may 1922
2
 
Qəzənfər Mahmud oğlu Musabəyov
7 may 1922 - 14 mart 1930
3
 
Dadaş Xoca oğlu Bünyadzadə
14 mart 1930 - 23 oktyabr 1932
4
 
Mircəfər Abbas oğlu Bağırov
23 oktyabr 1932 - 12 dekabr 1933
5
 
Hüseyn Sərdar oğlu Rəhmanov
12 dekabr 1933 - 22 avqust 1937
6
 
Teymur İmamqulu oğlu Quliyev
13 noyabr 1937 - 28 mart 1946

Mənbə

redaktə
  • Исмаилов Эльдар. Очерки по истории Азербайджана. -М. 2010
  • Искендеров М.С. Из истории борьбы коммунистической партии Азербайджана за победу Советской власти. -Баку. 1958
  • История Азербайджана. Том 3, часть 1. Под. ред. ак. И.А.Гусейнова, М.А.Дадашзаде, А.С.Сумбатзаде и др. - Баку. 1963
  • Катибли М. Чингиз Ильдрым. -Баку. 1964
  • Нариман Нариманов. Избранные произведения. Том 2. 1918-1921. -Баку. 1989
  • Азербайджанский Совет народного хозяйства. Отчет о деятельности за 1920 г. -Баку.
  • Конституция Азербайджанской Социалистической Советской Республики. - Баку. 1921

İstinadlar

redaktə