Jan Mişel Jarr (fr. Jean-Michel André Jarre; 24 avqust 1948[1][2][…]) — fransız bəstəkarı, ifaçısı və prodüseri, elektron musiqi, sintpop, nyu-eyc janrlarının pionerlərindən biri. Sintezator ifaçısı və möhtəşəm işıq, lazer və atəşfəşanlıq təşkilatçısı kimi məşhurluq qazanmışdır.

Jan Mişel Jarr
fr. Jean Michel Jarre
2016
2016
Ümumi məlumatlar
Doğum adı Jean-Michel André Jarre
Doğum tarixi 24 avqust 1948(1948-08-24)[1][2][…] (76 yaş)
Atası Moris Jarr
Musiqiçi məlumatları
Fəaliyyəti Bəstəkar, musiqiçi, prodüser
Fəaliyyət illəri 1969-dan
Janr ambient
Musiqi alətləri elektron klaviatura[d], gitara[3], piano[3], sintezator[3], orqan[3], bas-gitara, termenvoks
Albom şirkətləri Disques Dreyfus, Polydor/PolyGram, Epic/SME, Warner Bros., EMI
Əlaqələri Dustbins, Mystere IV
Təhsili
Elmi dərəcələri
Mükafatları "Fəxri Legion" ordeni komandoru
İmzanın şəkli
jeanmicheljarre.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dünya şöhrətini elektron musiqi janrının klassikasına çevrilmiş "Oxygene" (1976) albomu sayəsində yaxalamışdır. 1979-cu ildən başlayaraq dünyanın müxtəlif bölgələrində onlarla musiqili işıq şousu təşkil etmişdir.

Rekordları

redaktə

Jarr bir neçə dəfə Ginnesin Rekordlar Kitabına düşmüşdür. Onun 4 konserti tarixdəki ən böyük konsertlər kimi qeydə alınmışdır. Sonuncu rekordu 1997-ci ildə Moskvada qeydə alınmış, həmin konsertdə 3,5 milyon tamaşaçı iştirak etmişdir. Digər bir rekordu isə 1983-cü ildə cəmi 1 nüsxədə buraxdığı "Music for Supermarkets" albomunun hərracda 10 min funt-sterlinqə satılmasıdır. Həmin albomdakı bəzi mahnılar 1984-cü ildə buraxılan "Zoolook" albomunda bir qədər dəyişilmiş şəkildə yer alır. Mahnıların orijinalını isə hazırda aşağı keyfiyyətli radio səs yazıları şəklində dinləmək mümkündür.

Diskoqrafiyası

redaktə

Jarr təxminən 80 milyon albom və sinql satmışdır.[4] Bunlardan birincisi 1969-cu ildə buraxdığı "La Cage / Erosmachine" sinqlıdır.

Studiya albomları
  • Deserted Palace (1972)
  • Les Granges Brûlées (1973)
  • Oxygène (1976)
  • Equinoxe (1978)
  • Magnetic Fields (1981)
  • Music for Supermarkets (1983)
  • Zoolook (1984)
  • Rendez-Vous (1986)
  • Revolutions (1988)
  • Waiting for Cousteau (1990)
  • Chronologie (1993)
  • Oxygene 7–13 (1997)
  • Métamorphoses (2000)
  • Interior Music (2001)
  • Sessions 2000 (2002)
  • Geometry of Love (2003)
  • Téo & Téa (2007)
  • Oxygene: New Master Recording (2007)
  • Electronica 1: The Time Machine (2015)
  • Electronica 2: The Heart of Noise (2016)
  • Oxygene 3 (2016)
  • Equinoxe Infinity (2018)
  • Amazônia (2021)
  • Oxymore (2022)

İstinadlar

redaktə
  1. 1 2 Jean Michel Jarre // filmportal.de. 2005.
  2. 1 2 Jean-Michel Jarre // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Montreux Jazz Festival Database.
  4. Dreyfus Records – News – The Jean Michel Jarre Collection, dreyfusrecords.com, 2004-02-17, 2008-02-13 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2009-05-26