Leyla Əliyeva

Azərbaycanlı ictimai xadim

Leyla İlham qızı Əliyeva (3 iyul 1984, Moskva) — azərbaycanlı ictimai xadim, şairə, 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, 2007-ci ildən Baku jurnalının təsisçisi və baş redaktoru, 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvü, Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyinin (IDEA) təsisçisi və sədridir. Azərbaycan Prezidenti İlham Əliyevvitse-prezident Mehriban Əliyevanın böyük qızı.

Leyla Əliyeva
Leyla İlham qızı Əliyeva
Leyla Əliyeva 2024-cü ildə
Leyla Əliyeva 2024-cü ildə
Vəzifədədir
2011-ci ildən
PrezidentMehriban Əliyeva
Əvvəlkivəzifə təsis edilib
Şəxsi məlumatlar
Doğum tarixi 3 iyul 1984(1984-07-03) (40 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Təhsili Avropa Biznes Məktəbi (ESB)
Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu
İxtisası Dünya siyasəti üzrə magistr
Fəaliyyəti jurnalist, yazıçı, siyasətçi, ictimai xadim, redaktor
Atası İlham Əliyev
Anası Mehriban Əliyeva
Həyat yoldaşları Emin Ağalarov
(2006–2015)
Uşaqları oğulları: Əli Ağalarov
Mikayıl Ağalarov
qızı: Əminə Əliyeva (övladlıq)
Dini islam

Təltifləri "Tərəqqi" medalı "Puşkin" medalı
leyla-aliyeva.az/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham ƏliyevinMehriban Əliyevanın ailəsində anadan olmuşdur. 1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrəBöyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.

30 aprel 2006-cı ildə Crocus Group kampaniyasının vitse-prezidenti və musiqiçi Emin Ağalarov ilə ailə həyatı qurub. Toydan sonra cütlük Moskva şəhərinə köçüb və Leyla Əliyeva orada ictimai fəaliyyət ilə məşğul olmaqa başlayıb. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 19 dekabr 2007-ci ildə Rusiyada Baku jurnalını təsis edir və həmin jurnalında baş redaktoru olur. 8 may 2008-ci ildə Xocalıya ədalət kampaniyasını başlayır. 2008-ci ilin may ayından İslam Əməkdaşlıq Təşkilatı Gənclər forumunun mədəniyyətlərarası dialoqunun baş koordinatoru vəzifəsində çalışır.

 
Vladimir Putin Leyla Əliyevanı Puşkin medalı ilə təltif edir. 20 oktyabr 2015.

2015-ci ilin may ayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasında verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 30 may 2015-ci ildə Leyla Əliyeva və Emin Ağalarov boşandıqlarını elan ediblər.

Ailəsi

redaktə

Təhsili

redaktə

1989–2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. O, İsveçrəBöyük Britaniyada təhsil aldıqdan sonra 2006–2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb[1]

Fəaliyyəti

redaktə

Fəaliyyət göstərdiyi sahələr və hərəkatlar

redaktə

Heydər Əliyev Fondu

redaktə
 
Mərkəzi Neftçilər Xəstəxanasında Cərrahiyyə və Orqan Transplantologiya Mərkəzi əsaslı təmirdən və texniki təchizatdan sonar açılışı

Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarlarıdır. Heydər Əliyev Fondu təhsil sahəsində məktəblərin, uşaq bağçalarının və uşaq evlərinin inşa edilməsi və yenidən qurulması, orta və ali məktəblərin dərsliklərlə təmin olunması, internat məktəblərində xeyriyyə tədbirlərinin həyata keçirilməsi, səhiyyə sahəsində yeni sağlamlıq müəssisələrinin inşası və yenidən qurulması, müalicə-diaqnostika, reabilitasiya mərkəzlərinin yaradılması, diabetli, talassemiyalı xəstələrə qayğı və onların müalicəsinin təşkil edilməsi, qanvermə aksiyalarının keçirilməsi, mədəniyyət sahəsində uşaq musiqi məktəblərinin inşası, bağçaların təmiri kimi böyük layihələrə imza atıb. Heydər Əliyev Fondu daim uşaqlar və onların problemlərini diqqətdə saxlayır, xüsusən də, valideyn qayğısından məhrum olan, fiziki qüsurlu uşaqların əsl himayəçisi kimi fəaliyyət göstərir.[2]

"Xocalıya ədalət!" beynəlxalq təbliğat-təşviqat kampaniyası

redaktə

Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlayan "Xocalıya ədalət" beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində hər il silsilə tədbirlər reallaşdırılır[3]. "Xocalıya ədalət!" kampaniyasının məqsədi qətliam haqqında həqiqətlərin dünyaya yayılmasına, faciənin Azərbaycan xalqına qarşı soyqırım kimi tanınmasına nail olmaqdır.

Leyla Əliyevanın müxtəlif ictimai qurumların rəhbəri, ayrı-ayrı humanitar təşəbbüslərin müəllifi kimi Azərbaycanda və dünyada gördüyü işlər hər kəsə məlumdur. Azərbaycanın müasir gəncliyinin ən layiqli, vətənpərvər təmsilçisi kimi bu Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 278 missiyanı üzərinə götürmüş Leyla Əliyeva Fondun Moskva filialına da yüksək səviyyədə rəhbərlik edir[4].

İslam Konfransı Təşkilatının gənclər forumu ilə birgə "Xocalıya ədalət!" Beynəlxalq kampaniyasına start verilməsi də Fondun Moskva filialının fəaliyyəti ilə bağlıdır[5]. Tunisdə İSESCO-nun Baş Assambleyasının 10-cu sessiyasında imzalanmış protokol "Xocalıya ədalət!" Beynəlxalq Məlumat Təşviqat kampaniyasına dəstək verilməsi və dünya miqyasında təhsil, elm və mədəniyyət sahələrində birgə tədbirlərin həyata keçirilməsini nəzərdə tutur[6]. Aksiyanın əsas məqsədi beynəlxalq birliyi Xocalı faciəsi haqda ədalətli məlumatlandırmaqdır. Həyata keçirilən ardıcıl və kompleks tədbirlərin məntiqi nəticəsi olaraq yalan və saxtakarlıq üzərində qurulmuş erməni təbliğat maşınının iç üzü ifşa olunur.

Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. Kanada, Meksika, Kolumbiya, Peru, Pakistan, Rumıniya, Çexiya, İordaniya, Honduras və digər ölkələrin parlamentləri, ABŞ-nin 22 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyıb[7]. Bundan başqa, indiyədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın 70-dən çox ölkəsində Xocalı soyqırımı ilə əlaqədar tədbirlər keçirilib. Müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, həmçinin seminarlar, konfranslar təşkil edilib, kitablar nəşr olunub, filmlər çəkilib[8].

Heydər Əliyev Fondunun dəstəyi ilə dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı qurbanlarının anım mərasimləri keçirilir. Bu aksiyaların iştirakçılarına Fond tərəfindən hazırlanmış Qarabağın və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən bəhs edən materiallar, bukletlər, fotoalbomlar və kitablar paylanılır. Aksiyalar çərçivəsində ermənilərin vəhşiliklərindən bəhs edən sənədli filmlər nümayiş etdirilir, rəsm sərgiləri təşkil olunur. Hər il 26 fevralında Türkiyədə, ABŞ-də, Almaniyada, Avstriyada, Belçikada, Hollandiyada, Gürcüstanda və digər ölkələrdə keçirilən mitinqlər, anım tədbirləri, konfranslar, sərgilər, müsabiqələr ictimaiyyət arasında böyük əks-səda doğurmuşdur[9].

2018-ci ildə Türkiyənin İstanbul şəhərinin Bağçalar rayonunda böyük ərazini əhatə edən Azərbaycan Dostluq Parkı açılmış və burada Xocalı soyqırımı abidəsi ucaldılmışdır[10]. Xüsusi vurğulamaq lazımdır ki, qeyd etdiyimiz bu hadisələr Heydər Əliyev Fondunun Xocalı faciəsi ilə bağlı istər ölkə daxilində, istərsə də dünya miqyasında həyata keçirdiyi tədbirlərin bir qismidir. "Xocalıya ədalət!" kampaniyası çərçivəsində görülən işlər isə onun təşəbbüskarı Leyla Əliyevanın əsl vətənpərvərlik nümunəsinin göstəricisidir[11].

Rusiya Azərbaycanlı Gənclər Təşkilatı (RAGT)

redaktə

18 aprel 2009-cu ildə Leyla Əliyeva Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri vəzifəsinə seçilib. Azərbaycanın xarici siyasətində diaspor təşkilatlarınln güclənməsi, xaricdə yaşayan vətəndaşlar fəallığının artırılması və onların Azərbaycanın haqq işinə dəstək verilməsində iştirakının stimullaşdırılması, azərbaycanlıların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə yer almasının təşviq edilməsi əsas hədəflərdən biridir. Bu mənada xaricdəki diaspor təşkilatlarımızın üzərinə böyük məsuliyyət düşür. Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı (RAGT) bu istiqamətdəki fəaliyyəti ilə seçilir[12].

RAGT gəncləri təşəkkül və cəmiyyətdə özünütəsdiq yolu ilə savadlı və etibarlı şəkildə irəli aparan bir təşkilatdır. Artıq Rusiyanın 70-dən çox regionunda RAGT-ın bölmələri fəaliyyət göstərir. Özünün belə böyük coğrafi əhatə dairəsi və geniş maraqları sayəsində haqlı olaraq ümumrusiya təşkilatına çevrilmiş RAGT Rusiyada yaşayan minlərlə azərbaycanlı gənci ictimai fəaliyyətə cəlb etməyə nail olub və bunu davam etdirir. RAGT inamla təşkilatlanır, ölkəmizin hüdudlarından kənarda, o cümlədən Rusiyada Azərbaycanın imicinin formalaşması məsələsinə düşünülmüş, savadlı, proqram mövqeyindən yanaşır. Buna görədir ki, təşkilat tərəfindən həyata keçirilən layihələr cəmiyyətin ən müxtəlif təbəqələrini əhatə edir. Bu çərçivədə müxtəlif idman yarışlarını, gənclər arasında bilik olimpiadalarını, "Qanın milləti yoxdur" adlı layihəni, konfrans və sərgilərin təşkilini xüsusilə qeyd etmək lazımdır[13]. RAGT Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edir və ölkələrinarasında münasibətlərin inkişafına töhfəsini verir[2].

Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq ictimai birliyi (IDEA)

redaktə

Leyla Əliyeva 12 iyul 2011-ci il tarixində Azərbaycanda və dünyada ekoloji məsələlər ilə bağlı ictimai maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqədar IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) kampaniyasının əsasını qoyub. IDEA planetanın üzləşdiyi ekoloji problemlərin həllində gənclərin aktiv iştirakını təmin etməyi hədəfləyib[14]. "Gələcək bizim əlimizdədir" şüarı ilə getdikcə fəaliyyətini daha da genişləndirən IDEA gənc nəsli müsbət və davamlı ekoloji dəyişiklik yaratmağa hazırlamaq naminə dialoq, fəaliyyət, liderlik və təhsil kimi başlıca prinsiplərə əsaslanır.

Bu kampaniya çərçivəsində onlarla müxtəlif layihələr həyata keçirilib. O cümlədən, Leyla Əliyevanın təşəbbüsü ilə Maltada "Yer kürəsi uşaqların gözü ilə" sərgisi açılıb[15], Bakıda Dənizkənarı Milli Parkda "Məhəbbət ağacı" layihəsi reallaşdırılıb[16], "IDEA üçün ideyalar" layihə müsabiqəsi[17], Bakıda beynəlxalq foto müsabiqəsi keçirilib. Bundan başqa, IDEA tərəfindən tələbələr arasında ən yaxşı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb, IDEA-nın təşəbbüsü ilə "Yer Kürəsi Günü"-də müxtəlif layihələrə imza atılıb[18]. IDEA İctimai Birliyinin "Yer saatı" aksiyası da böyük maraqla qarşılanıb[19]. Həmçinin, Heydər Əliyev Fondu və İDEA İctimai Birliyi ilə birlikdə "Ağacların kəsilməsinə yox" proqramı həyata keçirilib[20].

7 may 2014-cü il tarixində Bakıda IDEA İctimai Birliyi tərəfindən Qafqaz Biomüxtəlifliyi Sammiti (bəbir və digər pişikkimilərin mühafizəsi) təşkil olunub[21]. IDEA "Panthera" təşkilatı ilə birgə Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb[22]. Heydər Əliyev Mərkəzində "Afrikanın vəhşi təbiəti" mövzusunda sərgi açılmışdır[23].

Mədəniyyətlər arası dialoqa mühüm töhfə

redaktə
 
Heydər Əliyev Fondu ilə BMT-nin İnkişaf Proqramı arasında memorandum imzalanması mərasimi

Bakıdakı Müqəddəs Məryəm kilsəsinin yenidən qurulması, Strasburq katedral kilsəsinin, Luvr muzeyinin, Versal sarayının təmiri bu qəbildən olan işlərdir. Heydər Əliyev Fondunun, o cümlədən, Fondun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətində milli — mənəvi dəyərlərimizin qorunması və təbliği, mədəniyyətlərarası dialoqun təşviqi, dini məbədlərin qorunması və bərpasına dəstək verilməsi də xüsusi diqqət çəkən məqamlardan biridir. Leyla Əliyevanın təşəbbüsü bir sıra ölkələrdə bu istiqamətdə mühüm addımlar atılıb.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin çoxşaxəli fəaliyyətində də mədəniyyətlərarası dialoq, tolerantlıq, multikulturalizm məsələlərinə xüsusi diqqət yetirilir. Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın dəstəyi ilə Moskvada "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu. Bakı forumu" kitabının çapdan çıxması Azərbaycan reallıqlarını özündə ehtiva edən fakt kimi böyük diqqət və maraqla qarşılanmışdır. 2012-ci ilin noyabrında Londonda Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Avropa multikulturalizminin perspektivləri: Dinlərarası dialoq və dini tolerantlığın Azərbaycan modeli" mövzusunda konfrans Azərbaycanın bütün dünyada sülhün, firavanlığın təmsil olunması yönündə həyata keçirdiyi siyasətə sanballı töhfə olmuşdur[24].

Yaradıcılığı

redaktə

Leyla Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. O, aktiv bədii fəaliyyətlə bərabər, həm də dünyanın tanınmış tənqidçiləri tərəfindən yüksək qiymətləndirilənən şəkillər yaradıb. Leyla Əliyeva artıq Paris, Berlin, London, Moskva şəhərlərində əsərlərini nümayiş etdirib[25].

Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı şeirlərdə yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi Elegiya şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınmışdır.

Leyla Əliyevanın "Sanki bir alovsan" şeirlər toplusu Türkiyənin nüfuzlu "BENGÜ" yayınları brendi ilə oxuculara təqdim olunan "Azərbaycan ədəbiyyatı"nın seçilən nəşrləri sırasına daxildir. Onun "Dünya yuxutək əriyir…" şeirlər kitabı Bakıda Azərbaycan dilində, Tehranda farsca, Londonda ingiliscə, "Ulduzlar göylərdə düzülsəydi sırayla" kitabı Moskvada rusca, Minskdə Belarus dilində nəşr olunub və geniş oxucu kütləsinin sevgisini qazanıb[26].

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, şairə Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər kitabı Özbək dilinə tərcümə olunaraq Daşkənddə çap olunub. "Dünya yuxutək əriyir…" şeirlər kitabının tərtibçisi — ön sözün müəllifi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovdur. Kitabda "ön söz"də vurğulanır ki, şairə Leyla Əliyeva öz əsərlərində yaşadığı mühitdə baş verən hadisələri, yaşanan ağrıları, həyatın işığını və qaranlığını, xeyirini və şərini, sevincini və kədərini, yaxşılığı və pisliyi səmimi poeziyanın dili ilə oxucuya çatdırır. Nəşrdə şairə Leyla Əliyevanın Özbək dilinə tərcümə olunmuş "Mənə güc ver Allahım", "Elegiya", "Tək deyilsən", "Sevgi və nifrət", "Kor olmuşam", "Şeirim" "İnsanlar", "Getmə", "Bakı", və s. çoxsaylı şeirləri ilk dəfə olaraq Özbəkistan oxucularına öz ana dillərində təqdim olunur[27][28].

Əsərləri

redaktə
  • Leyla Əliyeva (Bakı, 2014) "Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V. Səmədov, R. Vəlizadə; Azərb. MEA, İnsan Hüquqları İn-tu; "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyi, I cild, 341 s.[29]
  • Leyla Əliyeva (Bakı, 2014) "Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V. Səmədov, R. Vəlizadə; Azərb. MEA, İnsan Hüquqları İn-tu; "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyi, II cild, 373 s.[30]
  • Leyla Əliyeva (Bakı, 2014) "Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model: üç cilddə /V. Səmədov, R. Vəlizadə; Azərb. MEA, İnsan Hüquqları İn-tu; "Xocalıya Ədalət!" Beynəlxalq Təbliğat və Məlumatlandırma Kampaniyası; "Kaspian İzvestiya" Beynəlxalq İnformasiya Agentliyi, III cild, 476 s.[31]
  • Leyla Əliyeva (Moskva, 2016) "Ulduzlar pillə-pillə düzülsəydi səmaya"/ АСТ, 160 s.[32]
  • Leyla Əliyeva (Bakı, 2016) "Dünya yuxutək əriyir"/ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, 160 s.[33]
  • Leyla Əliyeva (London, 2016) "Dünya yuxutək əriyir"/ Hertfordshire Press LTD, 160 s.[34]
  • Leyla Əliyeva (Minsk, 2016) "Yarpaq"/ Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi, Zvezda[35]
  • Leyla Əliyeva (Moskva, 2016–2017) "366 gün sevgi. Qış. Yaz. Yay. Payız"/ UP Print[36]
  • Leyla Əliyeva (Moskva, 2017) "ArtNote. Leyla Aliyeva"/ Repablika, 144 s.[37]
  • Leyla Əliyeva (Moskva, 2018) "Sağ ol" / Repablika, 171 s.[38][39]
  • Leyla Əliyeva (Moskva, 2018) "Sükut"/ Repablika, 172 s.[40]
  • Leyla Əliyeva (Daşkənd, 2018) "Dünya yuxutək əriyir"/ Kamalak, 160 s.[27][28]
  • Leyla Əliyeva (Tehran, 2018) "Dünya yuxutək əriyir"/ Nevis, 160 s.[41]
  • Leyla Əliyeva (Moskva, 2019) "Mən elə sənəm"/ Repablika, 216 s.[42]
  • Leyla Əliyeva (Ankara, 2019) "Sanki bir alovsan"/ Avrasiya Yazıçılar Birliyi, "BENGU"[43]
  • Leyla Əliyeva (2024) "Seçilmişlər".[44]

Mükafatları

redaktə
  • 5 iyul 2011 —   Tərəqqi medalı[45]
  • noyabr 2011 —  Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, "Key to life" fəxri mükafatına layiq görülüb[46]
  • 22 noyabr 2011 — BMT-nin sertifikat və xüsusi vəsiqəsini alıb
  • 12 sentyabr 2012 —   Həştərxan vilayətinə xidmətinə görə medalı
  • 5 aprel 2013 — Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb[47]
  • 20 dekabr 2013 —   III dərəcəli Müqəddəs Mələksima Knyaqina Olqa ordeni
  • 20 dekabr 2013 —   Volqoqrad vilayətinə xidmətinə görə medalı
  • 20 oktyabr 2015 —  Aleksandr Puşkin medalı
  • 28 sentyabr 2016 —  Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb[48]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. "Bu gün Leyla Əliyevanın ad günüdür". https://web.archive.org/save/https://rublika.az/index.php?newsid=36927&__cf_chl_jschl_tk__=f4a2e9da91a7ce3afeefdb43b22e0ed071aaef7a-1588226913-0-ATjnnYVcDEPifyxABiHu_yT2ih_lpSk2OW1FcZYcomG0T9-SG6VzrDclW3CekknPgG1zivLOQikszxOaRa4o4ObxB8acWGt15aR3gyogB7wBVcRTbmLJmdR_eWuKwZYjxkayptXiPfS1-q7DdAFBwtm0dH5MpxKdJtaXTVBfaUCHIEjX5VTn-yErvF_feLTdhmmTzlbbDBSh6KJM8gwtBEkQy-D0jM8qmE9P2d9icKJjz9CoZp5p2phhln36ukfEKE2X02lhFuS-Pz5xrgysTudP8uFHZAIttaJMfqSeRjDpOT4FmfKkxPzqbxdj9kzlfA (az.). rublika.az. İstifadə tarixi: 2020-05-01.
  2. 1 2 Yeni Azərbaycan. "Leyla Əliyeva: "Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm"". https://web.archive.org/save/http://mehribanaliyeva.preslib.az/media-3d7eb4d2ab.html (az.). mehribanaliyeva.preslib.az. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  3. "İlham Əliyev Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşündə iştirak edib". https://web.archive.org/save/https://president.az/articles/32057 (az.). president.az. 2021-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  4. Elnur HACALIYEV. "Heydər Əliyev Fondu Azərbaycan xalqının inam və etimadını qazanıb". https://web.archive.org/save/http://anl.az/down/meqale/azerbaycan/2014/iyun/375538.htm (az.). anl.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  5. İlham MƏMMƏDZADƏ. "Ermənistan insanlığa qarşı cinayətlər törətmiş təcavüzkar dövlətdir 26 Fevral Xocalı Soyqırımı Günüdür". https://web.archive.org/save/http://www.elibrary.az/docs/qazet/qzt2017_666.htm (az.). elibrary.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  6. Ramiz YUSİFOV. "http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/25043-khodzal-ya-aedalaet-kampaniyas-aesl-vaetaenpaervaerlik-numunaesidir". https://web.archive.org/save/%20http://www.respublica-news.az/index.php/dig-r-x-b-rl-r/dig-r-x-b-rl-r/item/25043-khodzal-ya-aedalaet-kampaniyas-aesl-vaetaenpaervaerlik-numunaesidir (az.). respublica-news.az. 2020-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  7. "İlham Əliyev Xocalı soyqırımı qurbanlarının xatirəsini anım mərasimində iştirak edib". https://web.archive.org/save/https://president.az/articles/27155 (az.). president.az. 2021-04-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  8. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. "Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı "Qarabağın səsi" adlı rəsm sərgisi və ədəbi-bədii tədbir keçirilib". https://web.archive.org/save/http://www.mct.gov.az/az/umumi-xeberler/xocali-soyqiriminin-26-ci-ildonumu-ile-bagli-qarabagin-sesi-adli-resm-sergisi-ve-edebi-bedii-tedbir-kecirilib (az.). mct.gov.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  9. Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğu. "Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilir Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva yürüşdə iştirak ediblər". az (az.). aktau.mfa.gov.az. 2020-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  10. "İstanbulda Dostluq parkı və Xocalı abidəsi açıldı". https://web.archive.org/save/https://azvision.az/news/139025/istanbulda-dostluq-parki-ve-xocali-abidesi-acildi.html (az.). azvision.az. 2020-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  11. Ramiz Yusifov. ""Xocalıya ədalət!" kampaniyası əsl vətənpərvərlik nümunəsidir" (PDF). https://web.archive.org/save/http://files.preslib.az/projects/khojali/azkhojali/gl4.pdf (az.). preslib.az. 2022-07-06 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-01.
  12. Leyla Əliyeva. "Leyla Əliyeva: Əgər fayda verə biləcək bir iş görməyə imkan varsa, mən həmin imkandan məmnuniyyətlə istifadə edirəm". https://web.archive.org/save/http://www.anl.az/down/meqale/yeni_az/2014/iyul/381325.htm (az.). anl.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  13. ""RAGT Azərbaycanı Rusiyada layiqincə təmsil edəcək"". https://web.archive.org/save/https://leyla-aliyeva.az/activity/139/ragt-azerbaycani-rusiyada-layiqince-temsil-edecek (az.). leyla-aliyeva.az. 2022-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  14. International Dialogue for Environmental Action. "About IDEA". https://web.archive.org/save/http://ideacampaign.org/what_is_the_big_idea.html (ingilis). ideacampaign.org. 2020-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  15. "По инициативе Лейлы Алиевой в Мальте открылась выставка «Земля глазами детей»". https://web.archive.org/save/https://1news.az/news/po-iniciative-leyly-alievoy-v-mal-te-otkrylas-vystavka-zemlya-glazami-detey---foto (rus). 1news.az. 2020-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  16. "Dənizkənarı Milli Parkda "Məhəbbət ağacı" layihəsinin təqdimatı olmuşdur". https://web.archive.org/save/https://azertag.az/xeber/Denizkenari_Milli_Parkda_Mehebbet_agaci_layihesinin_teqdimati_olmusdur_Merasimde_Heyder_Aliyev_Fondunun_vitse_prezidenti_IDEA_nin_tesischisi_Baku_jurnalinin_bas_redaktoru_Leyla_Aliyeva_istirak_etmisdir-53968 (az.). azertag.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  17. ""IDEA üçün ideyalar" layihə müsabiqəsi keçirilib". https://web.archive.org/save/https://az.trend.az/azerbaijan/society/2120517.html (az.). trend.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  18. "IDEA kampaniyası beynəlxalq "Yer Kürəsi Günü" ilə bağlı aksiya keçirib". https://web.archive.org/save/https://az.trend.az/azerbaijan/society/2142187.html (az.). trend.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  19. "IDEA İctimai Birliyi "Yer saatı" kampaniyasının Azərbaycan üzrə rəsmi ölkə koordinatoru statusunu alıb". https://web.archive.org/save/https://azertag.az/xeber/IDEA_Ictimai_Birliyi_Yer_saati_kampaniyasinin_Azerbaycan_uzre_resmi_olke_koordinatoru_statusunu_alib-813659 (az.). azertag.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  20. International Dialogue for Environmental Action. ""Ağacların kəsilməsinə yox!" proqramı çərçivəsində üç illik HESABAT" (PDF). https://web.archive.org/save/http://ideacampaign.org/Hesabat%201113%20(3%20illik,%202017).pdf (az.). ideacampaign.org. 2022-06-24 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-01.
  21. International Dialogue for Environmental Action. "Qafqaz Biomüxtəlifliyi Sammiti". https://web.archive.org/save/http://ideacampaign.org/az/qafqaz_biom%C3%BCxt%C9%99lifliyi_sammiti_.html#.Xro35WgzaM8 (ingilis). ideacampaign.org. 2020-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  22. "IDEA Qafqaz bəbirinin qorunması istiqamətində yeni layihəyə başlayıb". 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  23. "Heydər Əliyev Mərkəzində "Afrikanın vəhşi təbiəti" mövzusunda sərgi açılıb". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  24. "Yüksək sosial rifaha və mədəni-mənəvi tərəqqiyə xidmət edən nəcib missiya". 2020-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  25. "Leyla Əliyevanın rəsmləri nümayiş etdirilir". https://web.archive.org/save/https://azvision.az/news/146986/leyla-eliyevanin-resmleri-numayis-etdirilir-fotolar.html/ (az.). azvision.az. 2020-05-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  26. "Ankarada Leyla Əliyevanın kitabı dərc olunub". 2021-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  27. 1 2 "Özbəkistanda Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər toplusu özbək dilində çap olundu". 2020-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  28. 1 2 "Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər toplusu özbək dilində". 2022-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  29. Leyla Əliyeva. ""Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model, I cild" (PDF). https://web.archive.org/save/http://anl.az/el/Kitab/2014/2014-80.pdf (az.). anl.az. 2022-03-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-01.
  30. Leyla Əliyeva. ""Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model, II cild" (PDF). https://web.archive.org/save/http://anl.az/el/Kitab/2014/2014-81.pdf (az.). anl.az. 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-01.
  31. ""Xocalıya Ədalət!": Beynəlxalq erməni terroruna qarşı yeni strateji model, III cild" (PDF). 2022-07-11 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-12.
  32. "Лейла Алиева ЕСЛИ Б ЗВЕЗДЫ СТУПЕНЬКАМИ СТАЛИ. Стихи. Издательство АСТ Москва". 2019-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  33. "Leyla Əliyevanın "Dünya yuxutək əriyir…" şeirlər kitabı nəşr olunub". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  34. ""Dünya yuxutək əriyir…"". 2022-07-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  35. "Minskdə Leyla Əliyevanın Belarus dilində şeirlər kitabının təqdimatı olub". https://web.archive.org/save/https://salamnews.org/az/news/read/225260 (az.). salamnews.org. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  36. "Leyla Əliyeva kitab yazdı". https://web.archive.org/save/http://istipress.com/sosial/14-02-2018/leyla-eliyeva-kitab-yazdi (az.). istipress.com. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  37. "ARTNOTE. LEYLA ALIYEVA". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  38. "СПАСИБО. СТИХИ. АЛИЕВА Л. И." 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  39. "Bakı Kitab Mərkəzində Nəsimiyə həsr olunmuş axşam və Leyla Əliyevanın kitablarının təqdimatı keçirilib". 2020-02-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  40. "МОЛЧАНИЕ. СТИХИ. АЛИЕВА Л. И." 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  41. "В Тегеране издан диван Лейлы Алиевой "Dünya yuxutək əriyir..."". https://web.archive.org/save/https://report.az/ru/literatura/v-tegerane-izdan-divan-lejly-alievoj-dunya-yuxutek-eriyir/ (rus). report.az. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-01.
  42. "Я ЕСТЬ ТЫ. СТИХИ. АЛИЕВА". 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  43. "В Анкаре издан сборник стихов вице-президента Фонда Гейдара Алиева Лейлы Алиевой". 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  44. "Leyla Əliyevanın "Seçilmişlər" kitabı nəşr olunub". Report İnformasiya Agentliyi (az.). 2024-06-03. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
  45. ""Xocalıya ədalət!" kampaniyası əsl vətənpərvərlik nümunəsidir". 2020-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  46. "Leyla Əliyeva — Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri". 2020-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  47. "Leyla Əliyeva – Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri". 2017-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.
  48. "Лейле Алиевой вручен диплом почетного профессора Московского государственного гуманитарно-экономического университета". 2021-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-12.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə