Ərəb ədəbiyyatı: Redaktələr arasındakı fərq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Silinən məzmun Əlavə edilmiş məzmun
Redaktənin izahı yoxdur
k HotCat vasitəsilə Kateqoriya:Ərəb ədəbiyyatı əlavə olundu
Sətir 9: Sətir 9:
== Sədrül-İslam Dövrü ==
== Sədrül-İslam Dövrü ==
İslam peyğəmbəri Məhəmmədin dövründə ölçülü və qafiyəli bir dil olan Quranın xüsusi yeri var idi. Əvvəlcə şairlərin əleyhinə olan Məhəmməd onların cəmiyyətdə təsirini görüb onlarla yaxşı münasibətə girmiş, İslamı təbliğ edən şairlərlə dostluq əlaqələri qurmuşdu.

[[Kateqoriya:Ərəb ədəbiyyatı]]

17:54, 11 may 2023 tarixinə olan versiya

Ərəb ədəbiyyatı (ərəb. الأدب العربي) — ana dili ərəb dili olan tayfa və xalqların ədəbi əsərlərini əhatə edir. Ərəb dili qədim zamanlardan bəri Ərəbistan yarımadasında istifadə olunan bir dildir. İslam dini ortaya çıxdıqdan sonra İspaniyadan İndoneziyaya qədər uzanan bir ərazidə 600 il ərzində yayılaraq mədəniyyət dili oldu. Türkiyədə ərəb ədəbiyyatı üzrə akademik araşdırmalar, adətən ədəbiyyat fakültələrinin ərəb dili və ədəbiyyatı bölmələrində aparılır.

Klassik ərəb ədəbiyyatı

Klassik ərəb ədəbiyyatı İslamdan əvvəlki dövrdən Abbasilər dövrünün sonuna qədər olan prosesə verilən addır. Klassik ərəb poeziyasında həcv, mədhiyyə, fəxriyyə və s. kimi mövzular ön plana çıxır. Qəsidə və recez klassik ərəb ədəbiyyatının ən çox istifadə olunan formalarıdır.

İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatı

Cahiliyyət dövrü adı verilən İslamdan əvvəlki dövrdə ərəb ədəbiyyatında şeirin özünəməxsus yeri var idi. Dəvə belində uzun səhra səfərlərinə çıxan bədəvilərin oxuduqları xalq mahnıları ərəb poeziyasının mənbəyini təşkil edir. İgidlik, məhəbbət və səhra həyatından bəhs edən bu xalq nəğmələri dəvə nəğməsi mənasını verən hida adlanır. Köçəri səhra əhalisinin oxuduqları bu xalq mahnıları şəhərlərdə oxunmağa başlayanda müəyyən dəyişikliklərə məruz qalmış, müəyyən ölçülər qazanmışdır. Bu dövrdə tapmaca, heyvan nağılları, əfsanə və xalq nağılları kimi nəsr janrları da inkişaf etmişdir. Şəhəri gəzərək danışılan Samar adlı mif və nağıllar sonradan qələmə alınıb.

Sədrül-İslam Dövrü