İkinci Şıxlı

Vikipediya, azad ensiklopediya
II. Niveles (müzakirə | töhfələr) (→‎Əhalisi: düzenleme using AWB) tərəfindən edilmiş 16:59, 5 dekabr 2016 tarixli redaktə
Naviqasiyaya keç Axtarışa keç
Kənd
İkinci Şıxlı
41°18′37″ şm. e. 45°06′04″ ş. u.
Ölkə  Azərbaycan
Region Gəncə-Qazax
Rayon Qazax
Tarixi və coğrafiyası
Əvvəlki adı Şıxlı
Sahəsi 52.45[1]
Mərkəzin hündürlüyü 431 m
Saat qurşağı UTC+4 , yayda UTC+5
Əhalisi
Əhalisi 3,831[1] nəfər
Milli tərkibi Azərbaycanlılar [1] Tərəkəmələr [2]
Rəsmi dili Azərbaycan türkcəsi (Qərb Dialekti)
Xəritəni göstər/gizlə
İkinci Şıxlı xəritədə
İkinci Şıxlı
İkinci Şıxlı

İkinci Şıxlı - (gürc. მეორე შიხლი, ing. Second Shykhly, türk. İkinci Şıhlı) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

İkinci Şıxlı kəndi düzənlikdə yerləşir. 1950-ci ilə qədər mövcud olmuş Sarıvəllı və Dəllər kəndlərinin genişlənərək birləşməsi nəticəsində yaranmış və İkinci Şıxlı adlandırılmışdır. Kənd Gürcüstanla sərhəddə, Qazax rayonu mərkəzindən 34 kilometr aralıqda yerləşir. Gəncə arxeoloji ekspedisiyası tərəfindən aparılan qazıntılar zamanı Kürlə Anaxatır (Xrami) çayının birləşdiyi yerdə qədim şəhərin xarabalıqları aşkar edilmişdir. Arxeoloqların rəyinə görə, xarabalıqlar bu vaxtadək Tovuz rayonu ərazisində lokalizə edilən Xunan şəhərinə aiddir (1↑ В Азербайджане обнаружен старинный город (рус.), Day.Az (18 мая 2011).[2] Bundan əlavə kənd özü də çox qədimdir. Kənddə mədəniyyət mərkəzləri, mədrəsələr, məscid olub. Lakin Gürcü quldurlarının buraya hücumu və kəndin yayda dağlara (əsasən Dilican ərazisinə) getməsi bu yerlərin dağılmasına səbəb olub. Sovet qoşunları isə olan qopan hər izi silib

Coğrafiyası və iqlimi

İkinci Şıxlı kəndi Gürcüstan və Ermənistan ilə həmsərhəddir.

İqlimi Yayı mülayim, qışı sərt keçən iqlimə malikdir. Ən isti günlərin müşahidə olunduğu aylar əsasən 2 iyuldan 30 avqusta kimidir. Kəndin cənubu Qafqaz dağları ilə əhatə olunduğu üçün day mehi adlandırılan soyuq astasürətli küləklərdə əsir Kiçik Qafqaz dağlarının yükəsklikləri olan Babaker, Kakel, Yaştağ kənd ərazisində yerləşir

Əhalisi

  • Əhalisinin sayı 6410 nəfərdir. Əhalisi əsasən, əkinçilik, maldarlıqla məşğuldur. Meşələrə yaxın olduğu üçün ovçuluqda geniş yayılmışdır. Bununla birgə, yaxınlıqdan axan Xram çayı balıqçılığın da məşhurlaşmasına gətirib çıxarıb. Milli tərkibinə görə isə kənd əhalisinin 89% ni Tərəkəmələr, 6% ni Qıpçaqlar, 4% ni Avarlar, 1% ni isə Ruslar, Gürcülər və Ermənilər təşkil edir. Əhalinin danışdığı dil Azərbaycan Türkcəsinin qərb dialektidir.

Görkəmli şəxsləri

İstinadlar

  1. 1 2 "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Qazax rayonunda hərbi təcavüzün nəticələri barədə MƏLUMAT". Qazax Rayon İcra Hakimiyyəti. İstifadə tarixi: 29 noyabr 2016.
  2. http://www.qazax.net/az/vilages.htm