İrlandiya

Vikipediya, azad ensiklopediya
(İrlandiya Respublikası səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
İrlandiya
irl.Éire
ing.Ireland
İrlandiya bayrağı
(Bayraq)
Rəsmi dil İrland dili, İngilis dili
Paytaxt Dublin-1 084 min sakin (2009-cu il)
Prezident Maykl Deniyel Hiqqins [29.X.2011 ~]
Baş Nazir Mixol Martin [27.VI.2020 ~]
Ərazi
 — Ümumi
 — % Su
117-cı yer
70,273 km²
2.0%
ÜDM

Ümumi

Adambaşına

2017

343 milyard $

72.000 $ (7-ci)

Əhali
 — Ümumi
 — Əhali sıxlığı
122-ci yer
4 560 min(2015-ci il)
64/km²
Saat qurşağı UTC +0
İnsan inkişafı indeksi 2017

0.923 çox yüksək

nəqliyyat axını sol
Internet TLD .ie
Telefon kodu 353

İrlandiya RespublikasıAvropada dövlət. 2006-cı ildə aparılmış siyahıya almaya əsasən əhalisi 4 239 848 nəfər,[1] ərazisi isə 70 208,67 km² təşkil edir.[2]

İrlandiya Respublikası Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Paytaxtı Dublin şəhəridir. İki rəsmi dili var: irland və ingilis. Ölkənin 70 min km 2-ə bərabər olan ərazisi 4 əyalətə, 26 qraflığa bölünür.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

İrlandiya - Qərbi Avropada, İrlandiya adasının böyük bir hissəsində yerləşir. Yeganə quru sərhəddi şimal-şərqdən Böyük Britaniyanın Şimali İrlandiya bölgəsi ilə olan İrlandiyanı hər tərəfdən Atlantik okeanı əhatə edir. İrlandiyanı zümrüd ölkəsi də adlandırırlar.

Əhalinin təxmini 90 faizi ingiliscə danışır. Əhalisi ölkə üzrə hər kilometr kvadrata 53 nəfərdir. Şərq hissəsində əhali daha sıx, qərbdə isə seyrəkdir.

2023-cü il statistikasına əsasən əhalinini 75 %-i Xristian ( 70 % katolik, 4 % protestant, 1 % digər), 2 %-i Müsəlman, 15 %-i dinsiz, digər insanlar isə müxtəlif fərqli dinlərə inanır.

İrlandiya ərazisi əsasən düənlikdir. Ərazinin çox hissəsini otlaqlar, meşələr və bataqlıqlar tutur. Relyefinin çox yerdə orta yüksəkliyi 900 metrə yaxındır. Ölkənin Cənub-qərbində yerləşən Keri dağlarının yüksəkliyi 1000 metri keçir. Ölkənin 6\1 hissəsinin bataqlıqlar tutur. Bu bataqlıqlar əsasən Şannon çayının qərbində yayılmışdır.       İrlandiya adasının ən uzun çayı olan Şannonun uzunluğu 385 km-dir. Çay adanın mərkəzi düzənliyində bir neçə göldən axır və Atlantik okeanına tökülür.

İrlandiya adasının iqlimi yağışlı, dumanlı və küləkldir. Qışı yumşaq, yayı isə soyuq və buludlu keçir. Ən soyuq aylar yanvar, fevral, ən isti aylar isə iyul və avqustdur. İl ərzində temperatur nadir hallarda +4-dən aşağı düşür, yayda isə +23-dən də yuxarı qalxmır. Qar nadir hallarda yağsa da tez əriyir. Orta illik yağıntı 700 mm -1200 mm arasında dəyişir.

İrlandiya inkişaf etmiş ölkədir. İnsan İnkişaf İndeksinin ilk onluğuna daxildir. Həyat və Yaşam standartları yüksəkdir. İrlandiyada vergilər aşağı olduğu üçün Google, Facebook, Apple və Twitter kimi böyük texnoloji şirkətlərin mərkəzləri bu ölkədə yerləşir.

Əhalinin 35 %-ə yaxını kənd təsərrüfatında çalışır. Əsasən buğda, arpa, şəkər çuğunduru istehsal olunur. Adada yerləşməsi balıqçılığı yüksək inkişafına səbəb olmuşdur.

Faydalı qazıntı yataqları məhduddur. Ehtiyatı az olan gümüş, qurğuşun, qızıl, dəmir filizi yataqları yayılmışdır.

İrlandiya Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ildə tanımışdır. İki ölkə arasında diplomatik münasibətlər 1 iyul 1996-cı il tarixində qurulmuşdur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "Central Statistics Office Ireland : Population of each Province, County and City, 2006". 2011-11-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-25.
  2. "Central Statistics Office Ireland : Area by Province". 2009-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-04-25.