İlanbaş

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İlanbaş
Elmi təsnifat
Beynəlxalq elmi adı

İlanbaş (lat. Ophisops) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinə aid heyvan cinsi.

Göz qapaqları ilanlarda olduğu kimidir (adı da buradandır). Alt göz qapağının ortasında iri şəffaf dairəcik var. Şimali Afrikada, Cənub-Şərqi Avropada, Kiçik, ÖnCənubi Asiyada (Hindistanda) 5 növü yayılmışdır. Azərbaycanda 1 növü — zərif ilanbaş (Ophisops elegans) məlumdur. Uzunluğu 60 sm-dək olub, üstdən zeytunu-qəhvəyi, yanlardan uzununa açıq rəngli zolaqlı, aşağıdan isə ağdır. Əsasən, yarımsəhralarda yaşayır. Cücü və onların sürfələri ilə, həmçinin hörümçəklərlə qidalanır. Mövsüm ərzində hər dəfə 4–6 yumurta qoymaqla 2–3 dəfə yumurtlayır.