İsamu Ço

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
İsamu Ço
長勇
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Fukuoka prefekturası
Vəfat tarixi (50 yaşında)
Vəfat yeri Okinava adası
Vəfat səbəbi bıçaqlama[d]
Vətəndaşlığı Yaponiya İmperiyası
Hərbi fəaliyyəti
Qoşun növü quru qoşunları
Xidmət illəri 1916-cı ildən
Rütbəsi general-leytenant
Döyüşlər Yapon-Çin müharibəsi
İkinci Dünya müharibəsi
Nankin döyüşü
Okinava döyüşü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İsamu Ço (yap. 長勇) 19 yanvar 1895, Fukuoka prefekturası23 iyun 1945 Okinava[1] — yapon hərbi sərkərdəsi, Nasionalizm ideasına sadiq şəxs. Okinava döyüşünün ardından amerikanlara əsir düşməmək məqsədilə intihar etmişdir.

19 yanvar 1895 ildə Fukuoka prefekturasında anadan olmuşdur. 1916 ildə İmperiya hərbi akademiyasını, 1928-ci ildə isə Ali hərbi akademiyanı bitirir.

1930-ci ildə kapitan Ço və Kinqoro Hasimoto birlikdə ultramillətçi Sakurakay təşkilatını yaradırlar[2]. Təşkilatın hədəfi imperatorun mütləq hakimiyyətini təmin etməkdən ibarət olmuşdur. 1931-ci ilin mart-oktyabr aylarında uğursuz hərbi qiyamlarda iştirak etmişdir[3]. Həbs olunsada, həbsxanaya atılmamış və Mancuriyaya göndərilmişdir.

1937-ci ildə yaponların Çində yerləşən ekspedisiya korpus qərargahında məsul vəzifədə çalışır. Nankin döyüşündə şahzadə Asaka Yasuxikonun adyutantı olmuşdur. Bir çox tarixçilərin fikirincə Nankin döyüşündən çinli hərbi əsirlərin öldürülməsi ilə bağlı əmri verdiyi bildirilir. Bunu usbat edən sənədlər tapılmamışdır[4].

1938 ildə Ço Çində yerləşən 74-cü piyada polkuna rəhbərlik etmişdir. 1939 ildə 26-ci diviziyaya və Sovet sərhədində imeratorun əmrlərini həyata keçirmişmək vəzifəsini yerinə yetirirdi[3]. 1940 ildən isə Tayvana göndərilir. 1940-1941 illərdə Hind-Çin yarımadasında qərargah rəyisi işləmişdir. 1941-ci ildə isə Tokioda Hərbi nazirlikdə xidmət etmişdir. 1941-1942 illərdə yenidən Hind-Çinə göndərilir.

1942—1944 illərdə piyada briqadasının 10-cu diviziyaya rəhbərlik etmişdir. 1945-ci ildə general-leytenant rütbəsi alır. Bundan sonra Kvantun ordusu qərargahına göndərilir.

1945 ildə Ço 32-ci ordunun qərargah rəyisi təyin edilir. Okinava döyüşü zamanı hücum taktikasının tərəfdarı olmuşdur. O, general-leytenant Misuru Usidzimanı 4 may tarixində hücuma keçməyə inandıra bilmişdir. Hücum uğursuzluqla nəticələnir. 23 iyun 1945-ci ildə müqamətin şənasızlığını anlayaraq düşmənin əlinə keçməmək məqsədilə Seppuku etmişdir.

Ço hər zaman qadın və spirtli içki düşkünü olması ilə seçilirdi[3]. O, bununla belə Buddizmə sadiqliyi seçilidi.

  1. Daizen Victoria. Confessions of a Buddhist Chaplain // Zen War Stories. — Routledge, 2003. — С. 165. — 268 с. — ISBN 0700715819.
  2. Spencer C. Tucker. Who's Who in Twentieth-Century Warfare. — Лондон: Routledge, 2001. — С. 132. — 371 с. — ISBN 0415234972.
  3. 1 2 3 George Feifer. Japanese Leadership // The Battle of Okinawa: The Blood and the Bomb. — Globe Pequot, 2001. — С. 75—77. — 520 с. — ISBN 1585742155.
  4. Joshua A. Fogel. The Challenges of the Nanjing Massacre // The Nanjing Massacre in History and Historiography. — University of California Press, 2000. — С. 141. — 248 с. — ISBN 0520220072.
  • Cho Isamu  (ing.) The Pacific War Online Encyclopedia saytında