Allen Qinzberq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Allen Qinzberq
ing. Allen Ginsberg
Doğum adı Irwin Allen Ginsberg[1]
Doğum tarixi
Doğum yeri Nyu Cersi
ABŞ ABŞ
Vəfat tarixi (70 yaşında)
Vəfat yeri Nyu York
ABŞ ABŞ
Vəfat səbəbi qaraciyər xərçəngi[2]
Milliyyəti Amerikan
Təhsili
Fəaliyyəti Bit cərəyanı
Əsərlərinin dili ingilis dili
İstiqamət Postmodernizm
Janr Nəsr
Üzvlüyü
Mükafatları Milli kitab mükafatı - 1974
İmza
allenginsberg.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Allen Qinzberq (doğum adı İrvin Allen Qinzberq; 3 iyun, 1926 - 5 aprel, 1997) — Amerikalı şair, müharibə əleyhdarı və Bit cərəyanının qurucularından biri.

1926-cı ildə Nyu Cersidə Yəhudi bir ailənin uşağı olaraq dünyaya gələn Qinzberqin uşaqlığı Nyu Cersinin Paterson şəhərində keçmişdir. Yetkinlik illərində Amerikanın köklü qəzetlərindən biri olan The New York Times'a İkinci dünya müharibəsi və işçi hüquqları ilə bağlı yazdığı mətnləri vermişdir. Məktəb illərində müəlliminin tövsiyəsi ilə Volt Uitmenin yazılarını oxumağa başlamışdır.

Atası Luiz Qinzberq şair və lisey müəllimi idi. Anası Naomi Liverqant Qinzberq isə uzun müalicələr nəticəsində diaqnozu qoyula bilməyən bir psixoloji böhranın içində həyatını davam etdirirdi. Həmçinin Naomi, Kommunist Partiyanın köklü üzvlərindən olub, çox vaxt Allen və qardaşını da partiyanın yığıncaq və mitinqlərinə aparmışdır. Allenin anasının bu qəribə böhranında, əksəriyyət olaraq paranoyaqlıq əlamətləri görülməkdə idi. Məsələn; həmin vaxt dövlət başçısının, evlərinə gizlicə dinləmə cihazları yerləşdirdiyini düşünüb, bir mitinq əsnasında dövlət başçısını qətl yetirməyə cəhd etmişdi. Allen, anası Naomi'yə həsr etdiyi avtobioqrafik janrdakı "Kaddish" adlı şeir kitabını 1961-ci ildə, anasının ölümündən 5 il sonra nəşr etmişdir.

1954-cü ildə Allen Qinzberq, öz yarı ilə, gələcəkdə bir həyatı paylaşacağı Peter Orlovski ilə San Fransiskoda tanış olur. O həmçinin burada San Fransisko Renassansının şair və yazar üzvləri ilə də tanış olur.

Bit cərəyanının ən əhəmiyyətli şairi olaraq qəbul edilən Qinzberq, Kolumbiya Universitetində keçirdiyi tələbəlik illərində Cek Keruak, Vilyam Borrouz və Nil Kasadi ilə tanış olmuşdu. "Yolda" adlı kitabında Nil Kasadi ilə olan tanışlığından bəhs edən Cek Keruak, kitabda Allenin xarakterindən, Nil və Cek ilə olan əlaqəsindən və yaşadığı yerlərdən bəhs edir. Həmçinin Allen, The Clash qrupunun Ghetto Defendant adlı mahnısında öz yazdığı bəzi sətrləri mahnının girişində və arxaplanında səsləndirmişdir.

Qinzberqin tez-tez homoseksualizmə açıqlıq gətirməsi əhəmiyyətli olsa da geniş mübahisələrə səbəb olmuşdur. O gey insanların azadlığını müdafiə edirdi. O öz şeirlərində homoseksual olduğunu açıqca dilə gətirirdi.

Allenin yazdığı "Howl" (İnilti) şeiri, Bit cərəyanının manifesti olaraq qəbul edilir. Şeirində bir çox mövzuya toxunan Allen, şeirin bir neçə sətrini yazar Karl Solomona həsr etmişdir.

1960-cı ildə Qinzberq tropik xəstəlikdən müalicə alırdı və ehtimal olunur ki 40 il sonra onun ölümünə səbəbi də, həkimi tərəfindən vurulan sterilize olunmamış iynə idi. Buna baxmayaraq o sağlamlığını və dini səbəbləri inkar edirdi. Öz həyatına davam edən Qinzberq həmişə də siqaret çəkirdi.

90-cı illərin əvvəlindən etibarən, bir çox mükafat alan Allen, 1997-ci il 5 aprel günü, East Village, Manhettendə dünyasını dəyişdi. Ölüm səbəbi, hepatit və son illərdə başına bəla olan şiş idi. Ölümündən əvvəl, 30 mart 1997-ci ildə "Etməyəcəyim şeylər (Nostalji)" adlı şeirini yazmışdır.

  • "Howl" (İnilti) - 1956
  • "Kaddish" - 1961
  • "Amerika" 1976
  • "Etməyəcəyim Şeyler (Nostalji)" - 1997
  1. Library of Congress Ginsberg, Allen, 1926-1997 // Library of Congress Name Authority File (ing.).
  2. The New York Times (ing.). / J. Kahn Manhattan: New York Times Company, A. G. Sulzberger, 1851. ed. size: 443000 ISSN 0362-4331; 1553-8095; 1542-667X