Arazboyu əməliyyatlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Arazboyu əməliyyatlar
İkinci Qarabağ müharibəsi
Arazboyu əməliyyatların xəritəsi
Arazboyu əməliyyatların xəritəsi
Tarix 2020-ci il 27 sentyabr – 22 oktyabr
Yeri Arazboyu ərazilər
Səbəbi 2020-ci ildə Azərbaycan ordusunun əks-hücumu
Nəticəsi Azərbaycan ordusunun qələbəsi. Azərbaycan Arazboyu yerləşən yaşayış məntəqələrini işğaldan azad edir.
Münaqişə tərəfləri

Azərbaycan Azərbaycan

Ermənistan Ermənistan
Dağlıq Qarabağ separatçıları

Komandan(lar)

Azərbaycan Mais Bərxudarov (Hərbi Birlik Komandiri)
Azərbaycan Hikmət Mirzəyev (Xüsusi Təyinatlı Qüvvələrin Komandanı)
Azərbaycan Elçin Quliyev (Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi)

Ermənistan Sergey Şakaryan  

Tərəflərin qüvvəsi

Azərbaycan Silahlı Qüvvələri
Azərbaycan Quru Qoşunları
Azərbaycan Hərbi Hava Qüvvələri
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti

Ermənistan Silahlı Qüvvələri

İtkilər

Azərbaycan mənbələrinə əsasən: 1 mülki şəxs ölüb 6 mülki şəxs yaralanıb

  • Ermənistan mənbələrinə əsasən:

21 hərbçi həlak olub

Ümumi itkilər
Bilinmir

Arazboyu əməliyyatlar (erm. Արասի հովտի արշավ)[1]) — 2020-ci ilin 27 sentyabrından başlamış və 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan azad edilməsi ilə Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsinə kimi davam edən, Azərbaycan Silahlı QüvvələriErmənistan Silahlı Qüvvələri arasında baş verən döyüşlər, İkinci Qarabağ müharibəsində olan mühüm əməliyyatlar.

Nəticədə Cəbrayıl və Zəngilan rayonunun bir sıra yaşayış məntəqələri Azərbaycan ordusu tərəfindən azad edilir. Üstəlik ordunun Qubadlı, Zəngilan və Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi üçün yollar açılır.

Arazboyu əməliyyatlar Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.

2020-ci ilin 27 sentyabrından başlamış əks hücun əməliyyatı ilkin olaraq Qarabağın şimal, şimal-şərq[2] və cənub-şərq cəbhəsi boyunca gedir. Azərbaycan ordusunun cənub-şərq cəbhəsi boyunca ilk həmləsi ilə Ermənistan ordusunun müdafiə istehkamları yarılır. Nəticədə azərbaycan ordusu Cəbrayıl rayonunun Araz boyu istiqamətində irəliləməyə başlayır. Elə ilk gündəcə Cəbrayıl rayonunun Arazboyunda yerləşən Böyük MərcanlıNüzgar kəndləri işğaldan azad edilir. 3 oktyabr tarixində bu əməliyyat istiqamətində Cəbrayılın Mehdili, Çaxırlı, Aşağı Maralyan, ŞəybəyQuycaq kəndləri, Füzulinin isə Aşağı Əbdürrəhmanlı kəndi tamamilə işğaldan azad edilir.[3][4][5]. Oktybrın 4-də Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Decal, Mahmudlu, Cəfərabad, Horovlu kəndləri və Cəbrayıl şəhəri işğaldan tam azad edilir.[6][7] Artıq Cəbrayıl rayonu istiqamətdə geniş ərazilərin işğaldan azad olunması ilə İkinci Qarabağ müharibəsində cənub (6 oktyabr[8]) və cənub-qərb cəbhələrinin açılması ilə nəticələnir. Ancaq ordunun müdafiə xəttinin içərilərinə irəliləməsi Qarabağın qapısı adlandırılan Füzuli şəhərinin azad olunmasından keçirdi. Bununla belə əməliyyatların keçirildiyi ərazilər Azərbaycan ordusunun irəlləməsi ilə yüksək dağlıq ərazilərə keçməsi və düşmən tərəfindən Füzulinin təmas xəttində bir neçə müdafiə xətti qurması Füzuli şəhərinin azad edilməsini yuvadırdı. 16 oktyabrdan 17-nə keçən gecə Füzuli şəhəri işğaldan tam azad edilir.[9][10]. Şəhərin azad olunması artıq ordunun Azərbaycan-İran dövlət sərhəddi boyunca irəliləməsini asanlaşdırır. Artıq bir gün sonra Cəbrayıl rayonunda yerləşən Xudafərin körpülərinə Azərbaycan bayrağı sancılır.[11]. Ardından cənub-qərb cəbhəsi boyunca irəliləmə sayəsində 20 oktyabrda Zəngilan[12][13], 25 oktyabr tarixində isə Qubadlı şəhərləri işğaldan azad edilir[14]. 22 oktyabr tarixində Zəngilan rayonunun Ağbənd qəsəbəsinin işğaldan tam azad edilməsi ilə Azərbaycan-İran sərhədi nəzarətə götürülür[15]. Müharibə ərzində artıq Azərbaycan ordusunun cənub cəbhəsi boyunca güclü həmlələr edərək Dağlıq Qarabağın daxilinə doğru irəliləməsi haqqında ilk məlumatlar 22 oktyabr tarixində Ermənistan tərəfindən verilir[16].

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın bu istiqamətdən şimala, Dağlıq Qarabağın cənubuna, Zəngilan və Qubadlı rayonları ərazisinə irəliləməsi üçün yol açılır. Üstəlik Azərbaycan-İran sərhədinin nəzarətə götürülməsi ilə qanunsuz silah dövriyyəsi, narkotik maddələrin daşınması və bir çox qanunsuz fəaliyyətlərin qarşısı tam alınır[17]. Xudafərin körpülərinin işğaldan azad olunması Azərbaycan xalqının milli birliyinin mənəvi simvolu baxımından önəmlidir[18]

  1. Ghazanchyan, Siranush. "Azerbaijan resumes offensive operations on the southern front" (ingilis). Public Radio of Armenia. 5 October 2020. 29 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2020.
  2. "Напряженные бои продолжались всю ночь". 2020-11-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  3. twitter.com. "Bu gün #Azərbaycan #Ordusu Tərtər rayon Talış kəndini, Cəbrayıl rayon Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir" (az.). İlham Əliyev. 3 oktyabr 2020. 2020-10-04 tarixində arxivləşdirilib.
  4. "Prezident: Bu gün Azərbaycan ordusu bir sıra kəndləri işğaldan azad edib". Report.az (az.). Report İnformasiya Agentliyi. 3 October 2020. 7 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 October 2020.
  5. Teleqraf.com. "Son dəqiqə: Daha bir neçə kəndimiz azad olundu - Prezidentdən şad xəbər" (az.). Teleqraf.com. 03.10.2020. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-03.
  6. "Cəbrayılın 9 kəndi işğaldan azad edilib". qafqazinfo.az (az.). 4 oktyabr 2020. 2020-10-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020.
  7. "President Ilham Aliyev: Jabrayil city and 9 villages of the region liberated from occupation". APA.az (ingilis). 4 oktyabr 2020. 2020-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 oktyabr 2020. President İlham Aliyev said the city of Jabrayil and 9 villages of the region were liberated from the occupation: Today, Karkhulu, Shukurbayli, Chereken, Dashkasan, Horovlu, Mahmudlu, Jafarabad, Yukhari Maralyan, Decal villages of Jabrayil region have been liberated from occupation. Love to the Azerbaijani army! Karabakh is Azerbaijan!"
  8. "Ереван сообщил о начале наступления азербайджанскими ВС на юге Нагорного Карабаха // ТАСС, 06.10.2020". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  9. "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
  10. "Prezident İlham Əliyev: "Füzuli şəhəri və daha 7 kənd işğaldan azad edilib"". apa.az (az.). 17 October 2020. 24 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 November 2020.
  11. "Azərbaycan bayrağı Xudafərin körpüsündə - Video". qafqazinfo.az (az.). 18 oktyabr 2020. 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 oktyabr 2020.
  12. "Zəngilan və bu kəndləri azad edildi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
  13. "President Ilham Aliyev: Zangilan city and 6 villages of the district, 18 villages of Fuzuli, Jabrayil, and Khojavand districts liberated". mod.gov.az. 20 October 2020. 22 October 2020 tarixində arxivləşdirilib.
  14. "Qubadlı şəhəri işğaldan azad olundu!". qafqazinfo.az (az.). 25 oktyabr 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 oktyabr 2020.
  15. "Zəngilanın daha 13 kəndi işğaldan azad edildi". qafqazinfo.az (az.). 22 oktyabr 2020. 2020-10-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 oktyabr 2020.
  16. "В Мартуни бои идут на подступах к селам Шехер и Дживан". Mediamax.am. 2020-10-22. 2020-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-10-22.
  17. "İranla sərhədin nəzarətimizə götürülməsi suverenliyin təmin edilməsidir". 2020-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-29.
  18. Xudafərin körpüsü Azərbaycanın birliyinin mənəvi simvoludur Arxivləşdirilib 2021-01-25 at the Wayback Machine.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]