Elm (qəzet)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Elm
Növ həftəlik qəzet
Format A3
Təsisçi Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti
Baş redaktor Ağahüseyn Şükürov
Yaranma tarixi 1984-cü il 1 noyabr
Dil Azərbaycan dili
rus dili
Qiymət 50 qəpik
Səhifə 12-16
Ünvan İstiqlaliyyət, 30, Bakı, Səbail, AZ1001
Tiraj 2000
Elm qəzeti

"Elm" (qəzet)Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı.

Qəzet Azərbaycanrus dillərində, 2000 tirajla, həftəlik nəşr edilir.

Elm qəzeti 1984-cü ildə noyabrın 1-də Azərbaycan SSR Elmlər Akademiyasının Rəyasət Heyətinin, Partiya Komitəsinin, Birləşmiş Həmkarlar Komitəsinin və Komsomol Komitəsinin mətbu orqanı kimi yaradılıb.[1] Qəzet "Kommunist" qəzetinin mətbəəsində nəşr olunmağa başlayıb.

Qəzetin ilk saylarında "Kəşflər və ixtiralar", "Elm və istehsalat", "Azərbaycan alimi xaricdə", "Elm və texnika yenilikləri", "Yeni əsərlər" kimi rubrikalar olub. Qəzetdə alimlərin yazılarına, onların elmi tədqiqatların nəticələrinə, fəaliyyətlərindəki yeniliklərə yer ayrılır.

Qəzet 1984-cü ildən iki dildə, Azərbaycanrus dillərində nəşr edilir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin mətbu orqanı kimi çap olunur[2]. Qəzetin redaksiya heyəti AMEA Rəyasət Heyətinin binasında yerləşir. 2016-cı ildə Azərbaycan Mətbuat Şurasına üzv qəbul edilib[3].

Qəzet AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşları tərəfindən hazırlanır və 2019-cu ildən yeni dizayn və tərtibatda çap olunur. 25 sentyabr 2020-ci il tarixinə qədər ayda iki dəfə, 2 oktyabr 2020-ci ildən etibarən isə ayda 4 dəfə — yəni həftəlik[4] 2000 tirajla çap olunur.

Qəzetin baş redaktoru AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürovdur.

Redaksiya Heyəti akademiklər İsa Həbibbəyli, Arif Həşimov, Dilqəm Tağıyev, İbrahim Quliyev, Nərgiz Paşayeva, Rasim Əliquliyev, Tofiq Nağıyev, İradə Hüseynova, Gövhər Baxşəliyeva, Cəmil Əliyev, İsmayıl HacıyevFuad Əliyevdən ibarətdir.

Nəşrin elektron arxivi Azərbaycan Milli Elmlər Akademiyasının science.gov.az portalında və qəzetin feysbuk sosial şəbəkə hesabında oxuculara təqdim olunur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. "40 yaşlı "Elm"". 2024-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-16.
  2. "AMEA-nın İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi hesabat verib" (az.). science.gov.az. 2021-12-30. 2022-10-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  3. "Mətbuat Şurasına üzv təşkilatlar" (az.). presscouncil.az. 2023-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.
  4. ""Elm" qəzetinin yeni sayı nəşr olunub" (az.). science.gov.az. 2021-11-19. 2022-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-01.