Fransa erməniləri

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Fransa erməniləriFransada yaşayan ermənilərə verilən ümumi ad. Qərb ölkələri arasında Fransa erməniləri ABŞ ermənilərindən sonra ikinci ən böyük erməni diasporudur. Fransada yerləşən Erməni Məsələsinin Müdafiə Komitəsi (Comité de défense de la cause arménienne (CDCA)) və Erməni Diasporunun Araşdırmalar Mərkəzinin (Centre de recherches sur la diapora arménienne (CRDA)) verdiyi məlumata görə bu gün Fransada 600 min nəfər erməni əsilli yaşayır.[1]

19-20-ci əsrlərdən etibarən ermənilərin Avropa ölkələrinə və ABŞ-yə miqrasiyası kütləvi hal almağa başlayır. Bu miqrasiya əsasən siyasi və hərbi səbəblərdən baş verirdi. İlk dəfə ermənilərlə bağlı məsələ San-Stefano (1878, 16-cı maddə) və Berlin müqaviləsində (1878, 61-ci maddə) öz əksini tapmışdı. 19-cu əsrin ikinci yarısında Osmanlı imperiyası ərazisində etnik erməni azlığın Qərb dövlətləri və Rusiya imperiyası tərəfindən qızışdırılması ilə Böyük Britaniya, Çar Rusiyası, Fransa, ABŞ kimi güclər də bu məsələyə daxil olmuş və ermənilərdən Osmanlı imperiyasına qarşı təzyiq vasitəsi kimi istifadə etməyə başlamışdılar. Məhz bu dövrdə Osmanlı imperiyası ərazisində ermənilərin siyasi fəaliyyəti, silahlı üsyanları dövlət rəhbərliyinin onlara qarşı təhlükəsizlik tədbirlərini gücləndirməsi ilə nəticələnmiş, bu da erməni siyasi aktivistlərinin və ümumilikdə etnik ermənilərin Qərb ölkələrinə mühacirət etməsinə gətirib çıxarmışdır.[1]

Müasir dövrümüzdə Fransada ermənilərin üçüncü nəsli yaşamaqdadır. Bunlardan 400 mini Fransa ərazisində anadan olmuş ermənilər, əlavə 200 min nəfəri isə sonradan Fransaya miqrasiya etmiş ermənilərdir. Fransada erməni icması coğrafi olaraq 3 region ətrafında toplaşıb.

  1. İl-de-Frans regionu (la région Île-de-France) – 200 min nəfər,
  2. Provans-Alp-Kot-d'Azür regionu (la région Provence-Alpes-Côte d’Azur) – 150 min nəfər,
  3. Overn-Rona-Alp regionu (la région Auvergne- Rhône-Alpes) – 150 min nəfər.[1]
  1. 1 2 3 Bayramov, Cavid. "Ermənilərin miqrasiyası və Fransada erməni icması (1-ci yazı)". politicon.co (az.). 2021-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 iyun 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]