Müzakirə:Əhməd haradadır?

Vikipediya, azad ensiklopediya
Ən son rəy:8 ay öncə, Samral tərəfindən "Adı" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

Adı

[mənbəni redaktə et]

Filmin titrində "Əhməd hardadır?" yazılıb. Məqalədə bunun orfoqrafik səhv olduğu qeyd edilsə də, bu kimi bəzi etibarlı mənbələrdə ad olduğu kimi saxlanılıb. @Babək Akifoğlu, siz bu sahədə təcrübəlisiz, sizcə biz də məqalənin adını filmin titrindəki orijinallığa uyğun adlandırmalıyıq, ya necə? samral müzakirə 03:26, 8 noyabr 2023 (UTC)Cavabla

Salam. Sorğunuz üçün təşəkkür edirəm. Bu mövzuda vikipediyada bir neçə dəfə müzakirə aparılıb və fikirlərimi bildirmişəm. Bir daha qeyd etmək istəyirəm ki, kino sahəsində çalışanların əksəriyyəti rusdilli olduğuna görə (ələlxüsus sovet dövründə) bu kimi hallara yox verilib. "Əhməd haradadır?"la yanaşı, titrlərdə "Qayınana", "Özgə vaxt" kimi filmlərin də adlarında orfoqrafik səhvlərə yol verilir. Yaxud "Xınalıqlarda qonaqlıqda" sənədli filmində (bax) filmin Azərbaycan dilində adı hər iki sözdə yanlış, orfoepik formada yazılır. Rusca variantına baxdıqda isə burada xüsusi başqa məna olmadığı anlaşılır. Yaxud "Arşın mal alan" filminin titrlərində filmin operatoru Muxtar Dadaşovun adı səhvən Mutxar kimi yazılır. Bütün bu hallar bizə eyni səhvi təkrarlamağa əsas vermir. Əgər mövcud səhv süjetin hər hansısa elementi kimi, dramaturji qaçılmazlıq kimi meydana çıxmış olsaydı, o zaman yanlış yazılış əsaslı olardı. Qeyd olunan hallarda belə məqam mövcud deyil. Üstəlik kino sahəsinə aid nəşrlərdə də belə xətalar "rəsmiləşdirilmir". Hörmətlə, --Babək Akifoğlu (müzakirə) 10:00, 8 oktyabr 2023 (UTC)Cavabla