Rutullar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rutullar
Ümumi sayı
37.000
Dili

Azərbaycan dili, Rus dili, Rutul dili

Dini

İslam

RutullarAzərbaycandaDağıstanda etnik qrup. İslam dininə etiqad edirlər. İslam dini rutullar arasında 7-ci əsrdən etibarən, ərəblərin Qafqaza gəlişi ilə yayılmağa başlamışdır. Əsas dilləri rutul dilidir. Bununla bərabər rutullar yaşadıqları ölkələrin də dillərini çox yaxşı səviyyədə bilirlər (müvafiq olaraq azərbaycan və rus dillərini). Rutullar yazılı olaraq uzun müddət ərəb hərflərindən istifadə ediblər. Kiril hərfləri əsasında yazılı olaraq rutul dili 1990-cı ildə nəşr olunmuşdur. 1989-cü ildə həyata keçirilmiş son əhali siyahıyaalınmasına əsasən bütün SSRİ-də 20.388 nəfər etnik rutul yaşayırdı ki, onlardan 14.955 nəfəri Dağıstan MSSR-də, 336 nəfəri isə Azərbaycan SSR-də məskunlaşmışdı. Rutulların bir çoxunun əsas məşğuliyyəti kənd təsərrüfatıdır. Azərbaycanda 17.000 Rutul yaşayır.[1]

  1. "Ethnologue.com - Rutul". 2016-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-03.


Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]