Səfəvi-Osmanlı müharibəsi (1723-1727)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səfəvi-Osmanlı müharibəsi (1723-1727)
Səfəvi-Osmanlı müharibələri
Tarix 1723-1727
Yeri Çuxursəəd, Qarabağ, Təbriz, Həmədan
Nəticəsi Həmədan müqaviləsi
Ərazi dəyişikliyi Araz çayından şimaldakı torpaqlar Osmanlının tərkibinə qatıldı.
Münaqişə tərəfləri

Səfəvilər

Osmanlı

Komandan(lar)

II Təhmasib
Fətəli xan Qacar

III Əhməd
Abdulla paşa
Sarı Mustafa paşa
Əhməd paşa

Səfəvi-Osmanlı müharibəsi (1723-1727)[1] — 1723-1727-ci illərdə Səfəvilər və Osmanlı imperiyaları arasında baş vermiş müharibə.

Müharibə Osmanlı İmperiyasının Səfəvilər İmperiyasına hücumu ilə 1723-cü ildə başlamışdır. Əfqan tayfalarının basqını nəticəsində Səfəvilər İmperiyasının zəifləməsindən istifadə edən III Əhməd Zaqafqaziyanı və Qərbi İranı ələ keçirməyə çalışırdı. 1723-1725-ci illərdə Osmanlılar Şərqi Gürcüstan, Çuxursəədi, Azərbaycan (Marağa, Xoy, Naxçıvan, Ordubad, Təbriz, Gəncə, Ərdəbil) və Qərbi İranı zəbt etdilər.

Osmanlı işğalı Rusiyanın Xəzər dənizi hövzəsində mənafeyinə ciddi təhlükə törədirdi. Hələ 1722-1723-cü illərdə rus qoşunları Dərbəddən Ənzəliyədək Xəzər dənizi sahillərini işğal etmişdi. 1723-cü il sentyabrın 23-də bağlanmış Rusiya-İran müqaviləsinə əsasən, həmin ərazilər Rusiyanın tərkibinə keçdi. Beləliklə Rusiya və Türkiyə arasında müharibə təhlükəsi yarandı. Lakin Rusiya və Türkiyə arasında 1724-cü il iyunun 23-də İstanbulda imzalanmış müqavilə bu təhlükəni aradan qaldırdı.

Osmanlılar öz işğallarını genişləndirərək Həmədan (1724) və Qəzvini (1725) tutdular. İsfahana yaxınlaşan Osmanlı ordusunun hücumu 1726-cı ildə əfqanlı Əşrəf tərəfindən dayandırıldı. Həmədanda bağlanmış sülhə (4 oktyabr 1727) görə Əşrəf Osmanlı sultanını bütün müsəlmanların xəlifəsi kimi tanıdı; türklərin tutduğu torpaqların Osmanlı İmperiyasına keçdiyini təsdiqlədi. İran şahı kimi tanınan Əşrəf sultandan asılı vəziyyətə düşdü.

  1. Azərbaycan Sovet Ensiklopediyası, VIII cild, səh. 406