Səftər Cəfərov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səftər Cəfərov
26 noyabr 1959 – 16 noyabr 1961
Əvvəlkiİlyas Abdullayev
SonrakıMəmməd İsgəndərov
23 yanvar 1958 – 26 noyabr 1959
Sədrİlyas Abdullayev
bayraq
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi
bayraq2
24 mart 1947 – 23 yanvar 1958
ƏvvəlkiKübra Fərəcova
SonrakıZərifə Şükürova
bayraq
Azərbaycan SSR torpaq naziri
bayraq2
28 mart 1946 – 22 mart 1947
Əvvəlkivəzifənin adı dəyişdirilib
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
27 oktyabr 1940 – 28 mart 1946
ƏvvəlkiƏləkbər Əliyev
Sonrakıvəzifənin adı dəyişdirilib
bayraq
Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri
bayraq2
1937 – 1937
bayraq
Azərbaycan SSR xalq ədliyyə komissarı
bayraq2
1933 – 1935
bayraq
Azərbaycan SSR prokuroru
bayraq2
1932 – 1935
Şəxsi məlumatlar
Doğum tarixi sentyabr 1900
Doğum yeri
Vəfat tarixi 16 noyabr 1961(1961-11-16) (61 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni — 1960 "Lenin" ordeni — 1943 "Qırmızı əmək bayrağı" ordeni — 1940 "Qırmızı əmək bayrağı" ordeni
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səftər Məmməd oğlu Cəfərov (sentyabr 1900, Pirşağı, Bakı qəzası16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961).

Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir.[1] Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur.[2]

1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur.[1][3]

1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.[1][4]

Səftər Cəfərov 1947-ci ildən Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1958-ci ildən sədr müavini, 1959-cu ilin noyabrından isə sədri olmuşdur. 1959-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü olmuşdur.[1]

Sov. İKP 22-ci qurultayının, Azərbaycan KP 19–25-ci qurultaylarının nümayəndəsi olmuşdur. Sov. İKP 22-ci qurultayında Sov. İKP mərkəzi təftiş komissiyasının üzvü seçilmişdir. Azərbaycan SSR Ali Sovetinin 1–5 çağırış deputatı olmuşdur.[2]

Səftər Cəfərov 16 noyabr 1961-ci ildə Bakıda ürək-damar xəstəliyindən vəfat etmiş[1][3] və 19 noyabrda Fəxri Xiyabanda dəfn edilmişdir.[5]

  1. 1 2 3 4 5 Сәфтәр Мәммәд оғлу Ҹәфәров // Коммунист. № 271 (11830). 18 нојабр 1961-ҹи ил. С. 3.
  2. 1 2 Ҹәфәров Сәфтәр Мәммәд оғлу // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: ФростШүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 432.
  3. 1 2 Fəxri Xiyaban. Bakı: Heydər Əliyev Fondu. 2007. səh. 37.
  4. Dzhafarov, Saftar Mamed ogly // Who was who in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1972. səh. 151.
  5. С. М. Ҹәфәровун дәфни // Коммунист. № 273 (11832). 20 нојабр 1961-ҹи ил. С. 4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]