Səməd bəy Rəfibəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Səməd bəy Rəfibəyli
Şəxsi məlumatlar
Digər adı Səməd Sayqın
Doğum tarixi 1892
Doğum yeri
Vəfat tarixi 19 yanvar 1980(1980-01-19)
Vəfat yeri
Dəfn yeri
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Cümhuriyyəti (1918-1920)
Türkiyə Türkiyə (1920-1952)
Qoşun növü Azərbaycan Cümhuriyyəti Quru Qoşunları
Türkiyə Quru Qoşunları
Hərbi hissə Lənkəran ehtiyat batalyonu
7-ci Şirvan piyada alayı
1-ci Cavanşir piyada alayı
Xidmət illəri 1916-1952
Rütbəsi Tümgeneral
Döyüşlər Gəncə üsyanı (1920)
Türkiyə İstiqlaliyyət Müharibəsi (1920-1923)
Təltifləri

Səməd bəy Rəfibəyli, Səməd Sayqın və ya Əbdülsəməd bəy Sayqın (1892, Yelizavetpol19 yanvar 1980, İstanbul) — Azərbaycan Cümhuriyyətinin polkovnik-leytenantı, Türkiyə Silahlı Qüvvələrinin generalı.

Rəfibəylilər ailəsinə mənsub olan Səməd bəy türk ordusunda general rütbəsinə yüksəlmiş ilk azərbaycanlıdır. Türkiyədə soyad qanunu qəbul edildikdən sonra Sayqın soyadı ilə tanınmışdır.[1]

Həyatı və təhsili

[redaktə | mənbəni redaktə et]

Səməd bəy Məşədi bəy oğlu 1892-ci ildə Gəncə şəhərinin Balabağman məhəlləsində anadan olub.[2] Tiflis kadet korpusunu 1916-cı ildə bitirən Səməd bəy hərbi xidmətə 7-ci Qafqaz sərhəd alayında başlayıb.[3] 1917-ci ilin delabrında Əlahiddə Müsəlman Korpusu yaradıldı. O, 1918-ci ilin yanvarında yeni yaranan Müsəlman korpusunun 1-ci Bakı atıcı alayında bölük komandiri kimi bolşevik-daşnak dəstələrinə qarşı vuruşub.[4]

Azərbaycan Cümhuriyyətində

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra Azərbaycan Cümhuriyyəti ordusunda poruçik rütbəsi ilə xidmətə başlayıb. 1918-ci il iyulun 2-də əla xidmətinə görə ştabs-kapitan rütbəsinə layiq görülüb.[4] Gəncədə Nuru Paşanın təqdimatı ilə Azərbaycan dəmiryolunun müvəqqəti komissarı təyin olunub.[5][6]

Səməd bəy Rəfibəyli hərbi nazirin 1920-ci il yanvarın 25-i verdiyi əmr ilə vaxtından əvvəl "podpolkovnik" hərbi rütbəsi verilməklə 1-ci piyada diviziyasının 1-ci Cavanşir piyada alayına komandir təyin olunub.[7]

Mudros atəşkəs müqaviləsindən sonra Osmanlı qoşunu Azərbaycanı tərk etməyə başladı. 1 noyabr tarixli AXC Nazirlər Şurası qərarı ilə Hərb nazirliyi yaradıldı və ordunun yenidən təşkilinə başlanıldı.[8] Səməd bəy 1919-cu ilin 3 fevral tarixində Ağdam qərərgahı olan I piyada diviziyasının qərərgahına təyin edildi. Bundan qısa müddət sonra Cavanşir qəzasında yerləşən I piyada diviziyasının III taboruna komandan təyin edildi. Səməd bəyin I piyada alayının komandanı polkovnik-leytenant İsrafilova olan raportundan:

…Mənim xidmətim barədə qısa qeyddən sonra, sizi məlumatlandırıram ki, mən kapitan rütbəsinə uyğun vəzifədə xidmət edirəm…və beləliklə, sizdən xahiş edirəm ki, məni kapitan rütəbisən yüksəldəsiniz.[9]

1919-cu ilin iyun ayında xidmətlərinə görə kapitan rütbəsinə yüksəldilmiş və 26 avqust tarixində yeni yaradılmış Lənkəran Ehtiyat Taborunun komandanı təyin edilmişdir.[10] Hərbi nazirliyin 373 nömrəli əmrindən:

I Cavanşir piyada alayının kapitanı Rəfibəyli yeni yaradılmış Lənkəran Ehtiyat Taborunun komandanı təyin edilir. Adı keçən zabit dərhal təşkil edilmə prosesini başlatmalı və bu barədə məlumat verməlidir. Bu tabor bütün sahələrdə II piyada diviziyasına tabe edilmişdir. - Hərb naziri, artilleriya generalı Mehmandarov, Bakı, 26 avqust 1919.[11]

1 dekabr 1919-cu ildə Rəfibəyli VII Şirvan piyada alayının müvəqqəti komandanı əyin edildi. 25 yanvar 1920-ci ildə polkovnik-leytenant rütbəsinə yüksəldildi və I Cavanşir piyada alayının komandanı təyin edildi. Hərb nazirinin vəzifəsini icra edən general Əliağa Şıxlınskinin əmrindən:

Bunu elan edərkən şərəfli və dürüst xidmətinə görə polkovnik-leytenant Rəfibəyova ən səmimi minnətdarlığımı bildirirəm. Əminəm ki, Əminəm ki, o, yeni yerdə indi layiqincə gördüyü etimada kifayət qədər layiq olduğunu sübut edəcək və tez bir zamanda Cavanşir alayını lazımi zirvəyə çatdıracaqdır.[12]

1920-ci ilin martında Qarabağdakı ermənilər üsyan qaldırdılar. Polkovnik-leytenanr Rəfibəylinin bölməsi üsyanın yatırılmasında Azərbaycan ordusunun tərkibində uğurlu formada iştirak etdilər. Azərbaycan ordusunun əməliyyat komandanı olan general Həbib bəy Səlimovun general Əliağa Şxlınskiyə ünvanlanmış raportuna görə, Səməf bəyin 4 günlük Keşişkənd əməliyyatında özünü yaxşı cəhətdən göstərə bilmişdir. 1920-ci ilin aprelində Azərbaycanın bolşevik ordusu tərəfindən işğal edilməsindən sonra Səməd bəy bolşeviklərə qarşı olan Gəncə üsyanında iştirak etmişdir.[13] Üsyan yatırıldıqdan sonra bir qrupla birlikdə Türkiyəyə getmişdir.

Baba bəy Behbud, Səməd bəy Rəfibəyli və Məmməd Ağpolad Türkiyə Ordusunda xidmət ikən

Cümhuriyyətin işğalından sonra bolşeviklərə qarşı 1920-ci ilin may ayında baş qaldırmış Gəncə üsyanında iştirak edib. Üsyan məğlub olduqdan sonra Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər döyüşərək QaryaginCəbrayıl istiqamətində geri çəkilib. Sovet işğalına qarşı baş qaldırmış üsyanlar məğlub olduqdan sonra Azərbaycan Cümhuriyyətinin Ordusunun qalan hərbçilərinin bir qismi Zəngəzuru keçərək Naxçıvana, bir qismi isə Xudafərin istiqamətindən İrana keçərək Türkiyəyə getdilər[14]. Türkiyə sərhədlərinə yaxınlaşanda Azərbaycan hərbçilərinə rəhbərlik edən Nuh bəy Sofiyev komandanlığı Səməd bəy Rəfibəyliyə təhvil verir. Səməd bəyin rəhbərliyi ilə onlar əvvəlcə Şərqi Bəyazidə, daha sonra isə iyun-iyul aylarında Həsənqala və Ərzuruma çatıblar.[15] Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir atlı, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (XV kolordu) sıralarına qəbul olunub. Səməd bəy Rəfibəyli 1200 nəfərlik Azərbaycan birliyinin tərkibində 56 nəfər zabitdən biri olub[16].

1920-ci il iyulun 1-dən etibarən Şərq Cəbhəsində Türk ordusunun tərkibində yaradılan Azərbaycan süvari alayının komandir müavini kimi həqiqi hərbi xidmətə başlayıb. Bu vəzifədə 1921-ci ilin martına kimi xidmət edib. Qars, Sarıqamış əməliyyatlarında və "İraq cəbhəsi" adlanan döyüş əməliyyatlarında iştirak edib. 1921-ci ilin martından 1922-ci ilin noyabrına kimi Şərq Cəbhəsi qərargahında tərcümə şöbəsinin rəisi olub.[17] 1922-ci ilin noyabrından 1924-cü ilin noyabrına kimi 6-cı süvari diviziyasının 15-ci süvari alayı komandirinin müavini, 1924-cü ilin noyabrından 1928-ci ilə kimi isə həmin diviziyanın qərargahında əlaqələndirici zabit vəzifəsində xidmət edib.

1928–1930-cu illərdə hərbi məktəbdə təkmilləşdirmə kurslarında təhsil aldıqdan sonra 13-cü süvari alayında süvari bölük komandiri vəzifəsinə təyin edilib. Həmin alayda 1932-ci ilədək xidmət edib, sonra 5-ci süvari alayına keçirilib. 1935-ci ildə 5-ci süvari alayı qərargahında xidmətdə olarkən alay komandiri vəzifəsini icra edib. 1938-ci ildə 41-ci süvari alayı komandirinin müavini vəzifəsinə təyin edilib və 1940-cı ilədək həmin vəzifədə xidmət edib.

1934-cü il iyunun 21-də Türkiyədə qəbul edilmiş Soyad qanunundan sonra[18] özünə "Əbdülsəməd bəy Sayqın" adını götürüb.[19]

1940-cı ilin əvvəllərində 3-cü ordunun kəşfiyyat şöbəsinin rəisi təyin edilib. 1942-ci il avqustun 15-də isə 45-ci süvari alayının komandiri vəzifəsinə təyin edilib. 1948-ci il avqustun 28-də 2-ci süvari briqadasının komandiri vəzifəsinə təyin olunub. 1948-ci il avqustun 30-da süvari briqadasının komandiri olarkən "general-mayor" hərbi rütbəsinə layiq görülüb. Səməd bəy Türkiyədə general hərbi rütbəsinə layiq görülən ilk azərbaycanlıdır. 1952-ci il avqustun 2-də Türk Silahlı Qüvvələrinin Quru Qoşunlarının İnspeksiya Qrupuna üzv təyin olunub.[20]

Hərbi xidmətinin sonlarında Ədirnə və Qarsdakı Türkiyə qoşunlarının komandanı vəzifəsinə yüksəlib.

Səməd bəy Rəfibəyli Türkiyənin birinci dərəcəli "İstiqlaliyyət" və "Hərb" medalları ilə təltif olunub.[21] 1980-ci il yanvarın 19-da İstanbulda vəfat edib və orada dəfn olunub.

  1. Şahbazov, Atamalı. Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti üçün savaşmış azərbaycanlı zabit. Baku: Hərbi and. 2020. səh. 15.
  2. Ədalət Tahirzadə, Orxan Cəbrayıl. Qurtuluş Savaşının azərbaycanlı zabitləri. Bakı: Çapar nəşriyyatı. 2022. səh. 129. ISBN 978-9952-5513-4-1.
  3. Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 210. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  4. 1 2 Azərbaycan Xalq Cümhuriyyətinin Gəncə Quberniyasından olan dövlət xadimləri (PDF) (az.). Gəncə: Elm nəşriyyatı. 2018. 211. 2022-12-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-29.
  5. Süleymanov, Mehman. Qafqaz İslam Ordusu və Azərbaycan. Baku. 1999. səh. 129.
  6. State Archives of the Republic of Azerbaijan. f. 2894, op. 1, d. 1, l. 1
  7. Адрес-календарь Азербайджанской Республики на 1920-й год. Баку, 1920 (PDF) (rus). Bakı: Nağıl evi. 2011. 304. ISBN 978995221073-6. 2021-01-31 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-05-14.
  8. Azerbaijan Democratic Republic (1918-1920). Legislative acts. (Collection of documents). Baku. 1998. səh. 249.
  9. Salahli, Chingiz. Our generals - He defended Shusha. Baku. 1995.
  10. Collection of orders for the military department of the Azerbaijan Democratic Republic. II. Baku: Maarif. 2018. səh. 88.
  11. Collection of orders for the military department of the Azerbaijan Democratic Republic. II. Baku: Maarif. 2018. səh. 179.
  12. Collection of orders for the military department of the Azerbaijan Democratic Republic. II. Baku: Maarif. 2018. səh. 100-101.
  13. Azerbaijan Democratic Republic. Army. (Documents and materials). II. Baku: Publishing house of Azerbaijan. 1998. səh. 312-315.
  14. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 196. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.
  15. Abdulhamit Avşar. Türkiyənin İstiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında: 1919-1922. Bakı: AzAtaM. 2007. səh. 45. 2022-06-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-24.
  16. Vasif Qafarov. "Azərbaycanlıların Türkiyəyə etdiyi yardımı Osmanlı arxivlərindən öyrənmək olar" (az.). Azərbaycan qəzeti. 2015-04-25. 2018-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-17.
  17. "Türkiyə ordusunun ilk azərbaycanlı generalı". Xalqqazeti.az (az.). İstifadə tarixi: 2024-06-21.
  18. "Soy adı kanunu" (PDF), T.C. Resmî Gazete, Ankara, 1, 1934-07-02, 2022-03-03 tarixində arxivləşdirilib (PDF)
  19. Şahbazov, Atamalı. "Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti üçün savaşmış azərbaycanlı zabit". Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (az.). 2020-02-01. 2024-06-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-21.
  20. Şahbazov, Atamalı. Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti üçün savaşmış azərbaycanlı zabit. Baku: Hərbi and. 2020. səh. 16.
  21. Mehman Ağayev. Kurtuluş Savaşı Yıllarında Türkiye Azerbaycan İlişkileri (PDF). İstanbul: IQ Kültür Sanat Yayıncılık. 2008. səh. 201. ISBN 9789752552364. 2023-01-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2023-03-30.