Vikipediya:İnzibatçılar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vikipediyanın inzibatçı alətləri tez-tez bir süpürgəyə bənzədilir və bu da inzibatçılığın bəzən "süpürmək" kimi təsvir olunmasına səbəb olur. Real dünyadakı bir süpürgəçidə işlədiyi yerin hər otağının açarı ola biləcəyi kimi, inzibatçıların da müəyyən bir rola görə icazələri var. Ancaq digər istifadəçilərdən daha önəmli bir istifadəçi deyillər.

Qısa keçid-yönləndirmə

İnzibatçılar, adminlər, sisop (sistem operatoru; ing. sysop, system operator) və ya keçmiş adı ilə idarəçilər[a] — Azərbaycanca Vikipediyada müxtəlif texniki alətləri istifadə etmək hüququ olan redaktorlar. Bu alətlərə istifadəçiləri bloklamaq, tam mühafizə edilmiş səhifələri redaktə etmək, səhifələri mühafizə etmək və mühafizəni ləğv etmək, səhifələri silmək və bərpa etmək, səhifələrin adını heç bir texniki məhdudiyyət olmadan dəyişmək, səhifələrdə versiyaları gizlətmək, səhifələrin tarixçələrini bərpa etmək və birləşdirmək aiddir.

İnzibatçılar müvafiq səsvermədən sonra könüllü olaraq bu məsuliyyəti öz üzərlərinə götürürlər. Vikimedia Fondunun işçisi kimi fəaliyyət göstərmirlər. Müvafiq funksiyalar qeyri-müəyyən müddətə verilsə də, istifadəçi öz iradəsi ilə və ya Meta-da qüvvədə olan qlobal siyasətə uyğun olaraq 2 ildən artıq müddətdə töhfə vermədikdə, inzibatçı hüququ ləğv edilə bilər. Onlardan heç vaxt alətlərindən istifadə etmələri tələb olunmur və iştirak etdikləri mübahisədə üstünlük qazanmaq üçün istifadə etməməlidirlər. İnzibatçı Vikimedia sistem administratorları ("sysadmins") ilə qarışdırılmamalıdır.

Azərbaycanca Vikipediyada hal-hazırda 15 inzibatçı var (inzibatçı hüququ olan istifadəçilərin tam siyahısı).


İnzibatçıların siyahısı

[mənbəni redaktə et]

Hazırkı inzibatçılar

[mənbəni redaktə et]
İstifadəçi adı İnzibatçılığa başlama tarixi İcraçı bürokrat
Sortilegus (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 26 iyul 2008 Mehrdad
Wertuose (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 22 sentyabr 2009 Sortilegus
Araz Yaquboglu (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 23 sentyabr 2013 Sortilegus
Eminn (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 28 fevral 2015 Sortilegus
White Demon (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 25 noyabr 2015 Sortilegus
Nicat49 (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 16 mart 2017 Sortilegus
Eldarado (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 22 sentyabr 2017 Sortilegus
Turkmen (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 5 aprel 2018 Sortilegus
Toghrul R (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 16 mart 2019 Eldarado
Solavirum (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 6 iyul 2021 Kholat Syakhl
Atakhanli (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 14 may 2023 Turkmen
Nemoralis (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 25 avqust 2023[b] Turkmen
Sura Shukurlu (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 14 mart 2024[c] Turkmen
Gadir (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 18 may 2024 Turkmen
Firuza (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 11 iyun 2024 Toghrul R

Keçmiş inzibatçılar

[mənbəni redaktə et]
İstifadəçi adı Başlama tarixi Bitmə tarixi Bitmə səbəbi
Amd628 (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 21 yanvar 2007 4 oktyabr 2008 İstefa
Alperen (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 15 dekabr 2005 17 may 2007 Qeyri-aktivlik
Memty (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 10 fevral 2006 7 fevral 2008 İstefa
Phoebe (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 21 iyun 2006 17 may 2007 bilinmir
Mehrdad (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 29 noyabr 2005 11 noyabr 2013 Qeyri-aktivlik
TimBitsتِمبِتس (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 25 iyul 2006 17 dekabr 2007 İstefa
Sed (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 6 mart 2006 14 iyul 2008 İstefa
Ugur Basak (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 9 noyabr 2005 17 may 2007 Qeyri-aktivlik
Vago (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 9 iyun 2010 4 iyun 2011 İstefa
PPerviz (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 26 yanvar 2011 6 oktyabr 2014 Qeyri-aktivlik
MrArifnajafov (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 9 iyun 2010 7 oktyabr 2014 Qeyri-aktivlik
NKOzi (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 21 iyul 2012 7 dekabr 2014 İstefa
İrada (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 26 iyul 2008 11 iyun 2015 Vikimedia Fondu tərəfindən bloklanma
Acategory (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 26 yanvar 2011 22 noyabr 2015 İstefa
Sefer azeri (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 22 sentyabr 2013 4 may 2017 İcma qərarı
Samral (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 17 fevral 2017 25 may 2017 İstefa
Proger (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 26 yanvar 2011 21 oktyabr 2017 Qeyri-aktivlik
Orartu (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 4 may 2012 21 oktyabr 2017 Qeyri-aktivlik
Cekli829 (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 3 mart 2010 14 may 2019 İnzibatçı alətləri ilə redaktə müharibəsi
Sultan11 (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 26 yanvar 2011 5 iyun 2019 İstefa
Vusal1981 (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 21 iyul 2012 21 iyun 2019 Qeyri-aktivlik
Anar kerimxanov (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 7 iyul 2017 13 noyabr 2019 Qeyri-aktivlik
Azerifactory (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 20 oktyabr 2017 29 iyul 2021 İcma qərarı
Drabdullayev17 (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 7 fevral 2020 10 oktyabr 2022 Qeyri-aktivlik
Qolcomaq (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 24 noyabr 2017 23 iyun 2023 İstefa
Burocan (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 19 may 2022 17 fevral 2024 İstefa
Kholat Syakhl (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 31 may 2019

4 may 2012
14 may 2019

3 mart 2024
İnzibatçı alətləri ilə redaktə müharibəsi

İcma qərarı
Babək Akifoğlu (müzakirə • töhfələr • bloklamalar • silmələr • mühafizə • addəyişmələr • hüquqlar) 27 iyun 2013 3 mart 2024 İcma qərarı

İnzibatçı statusunun verilməsi ilə bağlı səsvermələr

[mənbəni redaktə et]
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.

Patriot Kor (müzakirə  • töhfələr)-a inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə

[mənbəni redaktə et]

Səsvermə 23 iyul – 7 avqust 2024-cü il tarixləri arasında keçirilir (Ümumdünya vaxtı ilə 6 avqust 2024-cü il saat 04:53-də səsvermə dayandırılır)

Uzun müddətdi Vikipediyaya töhfələr verən, hüququ olan müxtəlif alətlərdən səmərəli istifadə edən, bir-neçə dəfə beynəlxalq tədbirlərdə Azvikini təmsil edən həmkarımız Patriot Kora inzibatçı statusunun verilməsi ilə bağlı səsvermə başladıram. İnanıram ki, istifadəçi kimi yaxşı fəaliyyəti bu statusda da yaxşı və uğurlu olacaq. --Araz Yaquboglu (müzakirə) 04:53, 23 iyul 2024 (UTC)[cavabla]

Dəstək Statusun verilməsinin lehinə

[mənbəni redaktə et]
  1. + Lehinə: Təklif edən olaraq. --Araz Yaquboglu (müzakirə) 04:53, 23 iyul 2024 (UTC)[cavabla]
  2. + Lehinə: Gözəl təklifdir, dəstəkləyirəm. İstifadəçinin incubatorda da inzibatçı hüquqları olub bir neçə dəfə və bu yöndə təcrübəsi olduğunu bilirəm. Ümid edirəm fəaliyyətinə mənfi yöndə təsir etməyəcək bu səsvermə və fəallığına davam edəcək. Uğurlar. Hörmətlə--eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:34, 23 iyul 2024 (UTC)[cavabla]
  3. + Lehinə: Məndə dəstəkləyirəm səni həmkar inşallah uğurlar daha da bol olsun. Azvikidə aktiv istifadəçilərdən birisiz niyə də olmasın. Uğurlar. Vusalsuvarov1996 (müzakirə) 08:28, 23 iyul 2024 (UTC)[cavabla]

Qarşı Statusun verilməsinin əleyhinə

[mənbəni redaktə et]
  1. − Əleyhinə: --Kholat Syakhl (müzakirə) 09:59, 23 iyul 2024 (UTC)[cavabla]
  2. − Əleyhinə: mən şəxsən sırf vikitədbirlərdə iştiraka görə inzibatçı statusunun verilməsini dəstəkləmirəm. İnzibatçılıq onlaynda baş verir. Ona görə də belə seçimlər pratik deyil. Patriotu mən oflayn da tanıyıram, çox yaxşı istifadəçidir, amma düşünürəm ki, sırf oflayn fəaliyyətə görə status vermək düzgün deyil.--Kosmik Ozan utora! 12:28, 23 iyul 2024 (UTC)[cavabla]
  3. − Əleyhinə: İstifadəçiyə şəxsən ayrılıqda böyük hörmətim var. Lakin mövqe və düşüncə cəhətdən White Demon-la razıyam. --Turkmen müzakirə 13:13, 23 iyul 2024 (UTC)[cavabla]
  4. − Əleyhinə: deyilən fikirlərlə razıyam. --► Hörmətlə: SolaVirum 18:51, 23 iyul 2024 (UTC)[cavabla]

Azvikidə oyun kartları yenidən paylanır. Mövcud vəziyyəti bir cümlə ilə sadəcə belə izah etmək olardı. 2024-cü ildə 3 inzibatçı fəaliyyətdən kənarlaşırılıb və ya əl çəkdirilib. Nə təsadüf ki, yerinə 3 yeni inzibatçı əvəz edib. Sanki görünməz bir əl, bu və bu çıxsın, bu və bu girsin deyir və bizi inandırmağa çalışırlar ki, bunu deyən icmadır. Araz Yaquboglu bu başlıq altında tərəfli və bir qədərdə qərəzli mövqe ortaya qoyub. Araz Yaquboglu yuxarıdakı əsaslandırma zamanı, bir-neçə dəfə beynəlxalq tədbirlərdə Azvikini təmsil edən həmkarımız ifadəsini işlədib və dolayı şəkildə beynəlxalq tədbirlərdə iştirak etməyi inzibatçı olmaq üçün bir növ əsas, zəmin hesab edib. Maraqlıdır ki, A.Aida88 ötən il inzibatçı namizədi olarkən müsbət səs verən şəxslərin bir qismi xanımın xarici tədbirlərdəki iştirakı haqqında danışmışdılar və Araz Yaquboglu qarşı səs verən şəxslərdən birinin rəyi əsasında bitərəf olmuşdu. Nə hikmətdirsə A.Aida88-in xarici tədbirlərdəki iştirakı ədalətli və tərəfsiz inzibatçılarımız tərəfindən meyar kimi nəzərə alınmamışdı, ancaq bu dəfə alınır və hətta əsas götürülür.

Bu səsvermədə lehinə səsləri əsas etibarı ilə Patriot Kora rəğbəti olan və bir növ yaxın olan həmkarlar verəcək. Məsələn gəlin sizə maraqlı bir proqnoz deyim, düz çıxmasa məni 10 günlük bloklayın. Patriot Korun babası haqqında SNS-də hal-hazırda mövcud olan səhifədə məqalənin saxlanılmasına əsasandırılmamış səs vermiş şəxslər gəlib burada da gözəl insandı, yaxşı istifadəçidi deyib lehinə səslər verəcəklər. Hətta 2 nəfər yoldaş artıq səs verib. Vusalsuvarov1996 adlı şəxs israrla və heç bir tutarlı əsas olmadan şəxsin babası haqqında yazılmış məqaləni müdafiə edir, şəxsə müxtəlif mükafatlar təqdim edir və ona təşəkkür edir. Araz Yaquboglu şəxsə inzibatçı namizədi olmağı təklif edəndə yazır ki, bəs gözəl fikirdir və inanıram ki, vəzifəsinin öhdəsindən gələcək falan. İndi də gəlib lehinə səs verib. 10 ildən çox təcrübəsi olan vikipediyaçılardan soruşmaq istərdim ki, bir istifadəçinin digər bir istifadəçi ilə bu qədər yaxın olması təsadüfdürmü ? Yəni buna inanmalıyıq ?

Şəxs özü haqqında talışca, babası haqqında talışca, rusca və azərbaycanca vikipediyalarda məqalələr yaradıb. Mən özü və yaxın qohumları haqqında bu tipli məqalələr yaratmış şəxsləri Vikimedia Hərəkatının fəlsəfəsindən uzaq şəxslər hesab edirəm və əminəm ki, onlar sadəcə əllərində olan imkanlardan istifadə etməklə öz maraqlarını təmin edirlər. Əlbəttə, arada bir maraqlı məqalələr yaradır, vandalizm halları ilə mübarizə də aparırlar, ancaq öz qeyri-ensiklopedik maraqlarını da yaddan çıxarmıllar. 2013-cü ildən bəri yaradılmış hesabın texniki məlumatlarına nəzər saldıqda 12 min redaktə etdiyini görürük və bu da ilə min redaktə belə etmir. Azvikidə oyun kartları yenidən paylanır, dostlar... Diqqətli olun. Yuxarıda etdiyim Azviki daxili mərci də unutmayın. Mən deyən olmasa 10 gün müddətin bloklanmağa hazıram. --Kholat Syakhl (müzakirə) 09:59, 23 iyul 2024 (UTC)[cavabla]

@Kholat Syakhl Burda söhbət Patriot Korun inzibatçı seçilib və seçilməməsindən gedir. Vusalsuvarov1996 (müzakirə) 10:31, 23 iyul 2024 (UTC)[cavabla]
@Vusalsuvarov1996 xətrinizə dəyməsin, ancaq hər zaman mövzu ilə əlaqəsi olmayan şərhlər yazırsız. Mən burada nəyin getdiyini görə bilirəm, məlumat verdiyiniz üçün təşəkkür edirəm. Kholat Syakhl (müzakirə) 10:35, 23 iyul 2024 (UTC)[cavabla]
@Kholat Syakhl Mənim heçnə xətrimə dəymir Babası barədə fikrinizi burda yox səhifəsində yazsaz yaxşı olar. Vusalsuvarov1996 (müzakirə) 10:40, 23 iyul 2024 (UTC)[cavabla]
@Vusalsuvarov1996 sizə bir sual verim. Siz @Patriot Koru real həyatdan tanıyırsız ? Kholat Syakhl (müzakirə) 10:43, 23 iyul 2024 (UTC)[cavabla]
@Kholat Syakhl Real həyatda yox tanımıram. Mən hər kəsi azvikidə istifadəçi kimi tanıyıram. Vusalsuvarov1996 (müzakirə) 10:49, 23 iyul 2024 (UTC)[cavabla]
Kholat Syakhl, zəhmət olmasa məqalə keçidlərini bura qeyd edə bilərsiz? Axı A.Aida88-in oflayn töhfələri üstünlük təşkil edir, Patriot Kor isə onlayn da aktivdir. Çox təəsüf ki, vikidə hər məsələni sülhlə hələ edə bilmək və normal töhfə verə bilmək varkən belə şeylər baş verir. Demirəm kənar vikilərdə belə şeylər olmur, lakin bunda müəyyən qədər siz də rol oynayırsınız. Buranı daha gözəl yer etmək varkən belə söhbətlərlə çirkinləşdirmiş oluruq. Bu başlıqda da qızğın mübahisələr gedəcəyini düşünürəm və buna görə çox təəssüf edirəm. Hörmətlə, Gadirmüzakirə 10:19, 23 iyul 2024 (UTC)[cavabla]
Gadir digər tərəfdən siz inzibatçı namizədi olarkən bənd-bənd nə üçün bu statusu istədiyinizi və hansı sahələrdə bir inzibatçı kimi töhfələr verməyi planlaşdırdığınızı paylaşmışdınız. Oxşar məzmunda paylaşımı mən də etmişdim. Doğru olan budur çünkü. Bir şəxs inzibatçı olmaq istəyirsə öz planları və inzibatçı kimi icmaya necə faydalar verə biləcəyi haqqında məlumatlandırıcı məzmun yazmalı və paylaşmalıdır. Yoxsa filankəs yaxşı uşaqdı gəlin onu inzibatçı seçək yanaşması bu statusu həmin şəxsə hədiyyə etmək kimi çıxır. Yuxarıda məndən istədiyiniz məqalələrin biri SNS-dədir. Digəri Ruvikidə artıq silinib. Şəxsin özü haqqında yaradılmış məqalə də təzəlikcə silinib, ancaq uzun müddət tly vikidə mövcud olub. Gadir sonuncu cümlənizdə məni günahlandırmağınızı doğru hesab etmirəm. Buranı gözəl yer etmək varkən nə deməkdir tam olaraq ? Gördüklərimizi deməyək ? Başlıqlar elə qızğın müzakirə getməkləri üçün var. Yoxsa yaxşı adamdı, gözəl insandı, deyib kimi kimisə inzibatçı seçmək bu statusu ona hədiyyə etmək deməkdir.--Kholat Syakhl (müzakirə) 10:33, 23 iyul 2024 (UTC)[cavabla]
Kholat Syakhl əvvala səs vermə bəndi ilə şərhlər bəndini səhv salmısız. Qaldı ki, Aidə xanıma, bəli onun vikipediyada fəaliyyəti qənaətbəxş olmadığından neytral və əleyhinə səslər çox oldu deyə seçilmədi. Amma Aidə xanımın Vikidən kənar viki üçün gördüyü işlər üçün ona sadəcə BRAVO demək lazımdır. Vikipediyaya yeni-yeni gənclər cəlb edir, təbliğat aparır və s. kimi layiqincə fəaliyyəti var. Qaldı ki, siz deməyənə qədər bilmirdim ki, Patriotun babası kim imiş və SNS-dədir. Olsun da, əgəq QE şəxdirsə silinəcək. Nə olsun ki, babasıdır? Siz deyən kimi də burada hansısa oyun filan yoxdur. Mən deyən kimi normal fəaliyyəti yoxdursa, layiq deyilsə, deməli seçilməyəcək. Bu qədər sadə. --Araz Yaquboglu (müzakirə) 10:34, 23 iyul 2024 (UTC)[cavabla]
@Araz Yaquboglu mən heç nəyi səhv salmamışam. Yuxarıda səs vermişəm, şərh bölməsində isə @Gadir tərəfindən ünvanlanmış sualı cavablandırmışam. Burada oyunların getdiyini Vikimedia Fondu belə gözəl bilir. Bu barədə danışıb, müzakirənin gedişatını dəyişmək istəmirəm. Sadəcə yuxarıda dediyim kimi həmin SNS-də məqaləyə əsaslandırılmamış formada qalsın deyənlər gəlib, burada lehinə səs verirsə buna nə ad vermək olar ? Maraqlıdır ki, siz 14 illik istifadəçi profili olan və indiyə qədər 12 min redaktə etmiş şəxsi inzibatçı olmağa layiq bilirsiz və orta da heç bir əsaslandırma yoxdur. Şəxsin özü belə inzibatçı olacağı təqdirdə icmaya necə faydalar verəcəyi barədə heç nə yazmayıb. Yazılan şərhlərə təşəkkür etməklə işini bitmiş sayır.. Kholat Syakhl (müzakirə) 10:41, 23 iyul 2024 (UTC)[cavabla]
Nə oyun gedə bilər? Günahlandırmaq yox, xoşniyyətli olsanız durumlar viki üçün də daha yaxşı olar. Arxivlərə də nəzər yetirdikdə sizin həmişə belə mənfi düşüncüdə olduğunuz, konspirasiya nəzəriyyələri ortaya atdığınız görünür, sanki hər kəs sizə qarşı qruplaşıb. Mənə də maraqlıdır, Patriot Kor seçildiyi halda hansı töhfələri verəcək və istərdim ki, istifadəçiyə inzibatçılıqla bağlı suallar verilsin, səsvermə elə davam etsin. @Patriot Kor, bu arada, bu məqaləni nə məqsədlə yaratmısınız, ensiklopedik olduğunuzu düşünürsünüz? Bundan əlavə, Vikidatada ensiklopedik olmayan şəxslər üçün səhifələrin yaradılmasını düzgün saymıram. Hörmətlə, Gadirmüzakirə 10:52, 23 iyul 2024 (UTC)[cavabla]
@Gadir ensiklopedik olduğunu düşünməsə sizcə özü haqqında məqalə yaradar ? 😊 1 il ərzində inzibatçı sıralarında bu qədər dəyişiklik olması mənə başqa formada düşünməyə əsas vermir. Hörmətlə: Kholat Syakhl (müzakirə) 10:56, 23 iyul 2024 (UTC)[cavabla]
Cavabı maraqlıdır, görək özü nə deyir. Dəyişikliklər isə normaldır, normal proseslərdir. Kimsə passiv olduğu, uyğunsuz hərəkət etdiyi üçün statusdan çıxarılır, tələbat olur yeni istifadəçilər seçilir, belə-belə davam edir, sistem belə işləyir. Heç bir oyun zad yoxdur yəni :) Narahat olmağa dəyməz. Hörmətlə, Gadirmüzakirə 11:05, 23 iyul 2024 (UTC)[cavabla]
@Gadir maraqlıdır, siz şəxsin özünü ensiklopedik şəxs hesab edirsiz ? Kholat Syakhl (müzakirə) 11:06, 23 iyul 2024 (UTC)[cavabla]
Məncə, yox. Hörmətlə, Gadirmüzakirə 11:09, 23 iyul 2024 (UTC)[cavabla]
@Gadir ola bilər ki, desin ki, mən yaratmamışam. Kholat Syakhl (müzakirə) 11:10, 23 iyul 2024 (UTC)[cavabla]
Yox, elə özü yaradıb Hörmətlə, Gadirmüzakirə 11:12, 23 iyul 2024 (UTC)[cavabla]
  • Şərh Şərh: Kholat Syakhl sizsiz necə də darıxdırıcı olardı Az Vikipediya 😄 --Tarixi Nadir (müzakirə) 11:01, 23 iyul 2024 (UTC)[cavabla]
    😄 Hörmətlə, Gadirmüzakirə 11:03, 23 iyul 2024 (UTC)[cavabla]
    @En Merker təşəkkür edirəm :) Kholat Syakhl (müzakirə) 11:07, 23 iyul 2024 (UTC)[cavabla]
    Hörmətli həmkarlar, hər zaman olduğu kimi, səbrlə müzakirənin sonunu gözləyəcəm. @Kholat Syakhl fikirlərinizə və əsl qərəzinizə hörmətlə yanaşıram. Bax indi elə bu müzakirədə sizin əsl qərəziniz tam olaraq icmaya bəlli oldu. Mənə məlum oldu ki, hər şey sizin yenidən inzibatçı olmaq istəyinizdə mənim istifadə etdiyim səsimdən sonra baş verirmiş. Ola bilər mən inzibatçılığa layiq olmayım. Amma əmin olun ki, siz artıq öz qərəzinizi tam nümayiş etdirirsiniz. Yenə müzakirənin istiqamətini eyni mövqeyə yönəldirsiniz. @Gadir ensiklopedikliklə bağlı məsələyə gəldikdə, mən özümü ensiklopedik sayıram və ya saymıram. Bunun mənim inzibatçı statusuma nə kimi təsiri ola bilər? Hər bir istifadəçi ensiklopedik ola bilər. Mən bir fərd kimi Azərbaycanda ilk özəl musiqi məktəbinin təməlini qoymuşam və kifayət qədər mənbə var. Hazırda isə mövzu bu deyil. Mən sadəcə vikipediyaya töhfə verirəm. Öz ensiklopedikliyimə yox. Hörmətli @Kholat Syakhl bəlkə gün gələcək mən ensiklopedik olacam. Amma siz öz fəaliyyətinizə belə müzakirələrlə kölgə salmısınız artıq. Vikipediyada özünü ensiklopedik hesab edib, yenə vikipediyada öz işi ilə məşğul olan istifadəçinin olması, sizin kimi qərəzli bir istifadəçi və ya admin olmaq istəyən istifadəçinin olmasından daha üstündür. Səsvermənin nəticəsi, mənim hazırki fəaliyyətimə kölgə salmır. İnzibatçı seçilmək kimi bir niyyətimin olmadığı bütün icmaya məlumdur. Hörmətli @Araz Yaquboglu da bunu bilir. Nəzərə alın ki, mən bildiyim qədər hörmətli həmkar @Araz Yaquboglu fəaliyyət göstərdiyi ildən bəri indiyədək heç kəsin inzibatçı olmasını təklif etməyib. Amma çox önəmli məsələ budur. Əsl qərəz ortaya çıxdı. Hər birinizə təşəkkür edirəm. Hörmətlə, Patriot (müzakirə) 12:17, 23 iyul 2024 (UTC)[cavabla]
    Qaçamaq cavab verirsiniz. Bu, sizin fəaliyyətinizdir, əlbəttə ki, var, əlaqəsi odur ki, nə səbəblə yaratmısınız, bu alətlərdən sui-istifadə etməcəyinizə necə inanaq? Necə yəni ensiklopedik olum ya olmayım? Ensiklopedik olub yaratmış olsanız başqa məsələ. Hörmətlə, Gadirmüzakirə 12:27, 23 iyul 2024 (UTC)[cavabla]
    @White Demon sizi fəaliyyətləri araşdıran bir istifadəçi kimi tanıyıram. Hesab edirsiniz ki, mənim sədacə offline fəaliyyətimə görə namizədliyim irəli sürülüb? Hörmətlə, Patriot (müzakirə) 12:39, 23 iyul 2024 (UTC)[cavabla]
    Düşünürəm ki, AzVikidə kiminsə kimi namizəd etməsi heç düz deyil. Namizədlər özləri namizəd olmalı, bənd-bənd qeyd etməlidirlər ki, bəs illər ərzində nələr etmişəm, nəyə əsasən inzibatçı olmaq istəyirəm, nələr vəd edirəm, hansı sahələrdə aktiv olacam və s. Necə ki, Gadir öz səsverməsində elə etmişdi, çox ətraflı yazmışdı bu barədə və çox xoşuma gəlmişdi. Düşünürəm ki, hər bir inzibatçı namizədi belə namizəd olmalıdır. Kosmik Ozan utora! 12:43, 23 iyul 2024 (UTC)[cavabla]
    @Gadir bu alətlərdən sui-istifadə etməyəcəyimə əmin ola bilərsiz. Bilirsiniz nə üçün? Çünki bir zamanlar @Kholat Syakhl mənim inzibatçı olmamı təklif edən istifadəçilərdən olub. Amma mən buna etiraz etmişəm. Hörmətlə, Patriot (müzakirə) 12:42, 23 iyul 2024 (UTC)[cavabla]
    Hörmətli həmkar @Gadir mənim hazırda əsas demək istədiyim budur ki, burada inzibatçılıq müzakirə edilməlidir. Mənim, babamın, hər hansı bir şəxsin ensiklopedikliyi yox. Yəqin ki, siz də razılaşarsınız. Mənim vikipediya fəaliyyətimlə bağlı statistikalar, ön planda tutulsa daha düzgün olmazmı sizin fikirinizcə? İstifadəçi az qala bütün müzakirələrdə mövzunu başqa istiqamətə yönəldir. Məsələn @White Demon fikiri. Çox məntiqli deyilmi sizcə? Düzdü @White Demon nədənsə tamamilə offline məsələsinə fikir bildirdi amma çox qəti fikir yazıb. Hesab edirəm hər bir istifadəçi burada belə fikir bildirməlidir. Hörmətlə, Patriot (müzakirə) 13:10, 23 iyul 2024 (UTC)[cavabla]
    @Kholat Syakhl, istifadəçi sadəcə inzibatçılığa namizədlik verib. Bu qədər böyük mətn yazmağa və onun əleyhinə belə sərt mövqe bildirməyə ehtiyac var idimi həqiqətən? Turkmen müzakirə 13:18, 23 iyul 2024 (UTC)[cavabla]
    Ümumiyyətlə, @Kholat Syakhlı istifadəçinin inzibatçılığı yox, özü maraqlandırır deyə əleyhinə səs bildirdiyini düşünürəm. Sırf inzibatçı səsverməsində ona əleyhinə səs verib deyə 26 iyunda Talışdilli İstifadəçilər Qrupunun üzvlüyündən çıxması, 4 iyulda Ömər Əliyev məqaləsini SNS etməsi onu göstərir ki, istifadəçiyə qarşı qərəzçiliyi var. Bu heç doğru deyil. Kosmik Ozan utora! 13:32, 23 iyul 2024 (UTC)[cavabla]
    @White Demon mən talış deyiləm, bu dildə 1 söz belə bilmirəm. Bilmədiyim bir dilin istifadəçi qrupunda olmağın bir anlamı varmı sizcə ? Belə başa düşdüm ki, Talışdilli İstifadəçilər Qrupunu hal-hazırda inzibatçı namizədi olan şəxsin özəl mülkiyyəti hesab edirsiz. Yoxsa hardansa çıxmağımın bu şəxslə nə əlaqəsi ola bilər ? SNS-ə qərəzlə məqalə daxil edilməsini də birinci dəfədir ki, eşidirəm. Sözügedən şəxs ensiklopedik deyil. 16-18 milyon şəxsə verilən medallardan verilib deyə və ya 100 il yaşayıb deyə şəxsə yaxın olan şəxslərin səsləri hesabına məqalə qorunur və saxlanımağa çalışılır. Mən müşahidələrim əsasında şərh yazıram və inanıram ki, tərəfsiz bir inzibatçı kimi siz mənim haqqlı olduğumu bilirsiz. Kholat Syakhl (müzakirə) 17:25, 23 iyul 2024 (UTC)[cavabla]
    @Turkmen şərhinizi nəzərə alacağam. Təşəkkür edirəm. Kholat Syakhl (müzakirə) 17:46, 23 iyul 2024 (UTC)[cavabla]
    @Patriot Kor çox maraqlı və bir o qədərdə qəribə söhbət edirsiz. Yazmısız ki, alətlərdən sui-istifadə etməyəcəm çünkü bir zamanlar @Kholat Syakhl məni inzibatçı namizədi kimi təqdim edib. Yəni, bunun buna nə əlaqəsi var ? Kimsə sizi nə zamansa inzibatçı namizədi kimi təqdim edibsə, deməli siz alətlərdən sui-istifadə etməyəcəksiz ? Elə bu qədər ? Digər tərəfdən mən nə zaman sizi inzibatçı namizədi kimi təqdim etmişəm ? Hansı tarixdə, hansı gündə. Yadıma sala bilərsinizmi zəhmət olmasa ? Kholat Syakhl (müzakirə) 17:45, 23 iyul 2024 (UTC)[cavabla]
    @Patriot Kor cavabınız üçün təşəkkür edirəm. Mənim fəaliyyətimə heç bir kölgə falan düşməyib. Çünkü mən heç vaxt Azvikini öz şəxsi məqsədlərim üçün istifadə etməmişəm. Həmin səsvermədə səhv etmirəmsə 13 qarşı səs vardı. 1 səs oldu və ya olmadı bu heç nəyi ifadə etmir. Olanları demək qərəz olur demək. Siz sizə sərf etməyən suallara cavab vermirsiz cənab. @Gadirin sizə özünüz haqqında yaratmış olduğunuz məqalə haqqında ünvanladığı sualdan möhtəşəm şəkildə yayınmısız. İcma bir şəxsi inzibatçı seçmək istəyirsiz və namizəd olan şəxs gəlib suallara cavab verməkdənsə birinə deyir ki, qərəzlisən, birinə deyir ki, onun bura nə dəxlisi var və sairə. Borclu çıxarmaq siyasəti ilə inzibatçı olmaq təəssüf ki, mümkün deyil. Ünvanlanmış suallara cavab vermək lazımdır. 2-də bir təşəkkür funskiyasından istifadə etməkdə hesab edirəm ki, nəzakət qaydasının pozulmasının bir ayrı formasıdır. Məsələn, mən burada sizin maraqlarınıza uyğun olmayan bir şərh yazmışam. Yazdığım bu şərh, həqiqət olsa da sizə xoş deyil. Buna görə niyə mənə təşəkkür edirsiz ki ? Siz hələ inzibatçı olmadan öz şəxsi maraqlarınız belə yüksək səviyyədə qoruyursunuzsa, inzibatçı olandan sonra necə olacaq bunu Allah bilir. Tərəfli və qərəzli olan sizsiz. Əgər belə olmasaydı Q/E məqaləni Azvikidə saxlamaq üçün bu qədər səy göstərməzdiniz. Kholat Syakhl (müzakirə) 17:34, 23 iyul 2024 (UTC)[cavabla]
    Hörmətli @Araz Yaquboglu mən sizə bir daha fəaliyyətimə verdiyiniz dəyərə görə təşəkkür edirəm. Təklifiniz gözlənilməz və gözəl idi lakin müzakirə öz məcrasından çıxır. Buna görə üzr istəyirəm. Hörmətli @Eldarado, @Vusalsuvarov1996, @Kholat Syakhl, @White Demon, @Turkmen və @Solavirum sizlərin də hər birinizə səsvermədə iştirakınız üçün təşəkkür edirəm. Hörmətli, @Turkmen, @Sortilegus, @Eldarado və ya @Toghrul R xahiş edirəm öz istəyimi nəzərə alaraq səsverməni dayandırasınız. Bu arada yoldaşlar mənim offline ciddi fəaliyyətim yoxdur axı. Nə varsa elə online-dır. Məsələn elə götürək patrul fəaliyyətini😀. Nəzərə alın ki, @Atakhanli və @Nemoralisə bu barədə çatmaq mümkün deyil. Hörmətlə, Patriot (müzakirə) 19:29, 23 iyul 2024 (UTC)[cavabla]

Yekun: ❌N istifadəçinin müraciəti əsasında səsvermə dayandırılır.--Turkmen müzakirə 19:55, 23 iyul 2024 (UTC)[cavabla]

İnzibatçı statusunun alınması ilə bağlı səsvermələr

[mənbəni redaktə et]
  1. May 2022-də icma qərarı nəticəsində bu ad hazırda istifadə olunan inzibatçı ilə dəyişdirilmişdir.
  2. Daha əvvəl 1 iyul 2019-cu ildən 2 oktyabr 2021-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
  3. Daha əvvəl 5 yanvar 2022-ci ildən 22 oktyabr 2022-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa

Həmçinin bax

[mənbəni redaktə et]

Xarici keçidlər

[mənbəni redaktə et]