şirə
- Toxumalarda, hüceyrələrdə, bitki və heyvan orqanizmi boşluqlarında olan duru maddə, maye. Mədə şirəsi. // Bitkilərdən, çiçəklərdən sızan şirin maye. Şirə yığmaqda idi bal arısı zəhmət ilə; Qaraquş gördü onu, söylədi çox nifrət ilə. A.Səhhət. Qırx gözəl qız bir anda yamaca yayılıb, ana vətənin şirəsini içmiş ətirli dağ çiçəkləri yığdılar. M.Rzaquluzadə.
- Meyvə suyu. Üzüm şirəsi. Çiyələk şirəsi. – Baba isə .. üzümləri dərib gətirər, tapdalayar və şirə yığardı. H.Sarabski.
- məc. Bir şeyin məğzi, cövhəri. O, sözünü belə başladı və Əlimərdan bəyə tərcümə eləməsini tapşırdı: – Burada oturanlar müsəlman ruhunun şirəsidir. M.S.Ordubadi.
- k.t. Sulu gübrə. Şamama sahəsinə peyin şirəsi də vermişdi. Ə.Əbülhəsən.
Dünya xalqlarının dillərində
[redaktə]
|
Ural-Altay dil ailəsi: Türk qrupu
[redaktə]
|