Məzmuna keç

bəyənmək

Wiktionary saytından
  • azərbaycanca: bəyənmək
  • Heca: bə-yən-mək

Mənalar :[1]https://web.archive.org/web/20131023101911/http://azerdict.com/izahli-luget/b%C9%99y%C9%99nm%C9%99k

    1. Zövqünə, ruhuna, təbiətinə uyğun gəldiyi üçün bir şeyi xoşlamaq; yaxşı bilib qəbul etmək, təqdir etmək; ürəyinə yatmaq. Bu parçanın rəngini bəyənmədim. Onun əsərini çox bəyəndilər. – [Molla Qasım] ...Güllücə kəndini bəyənib seçmişdi. S.S.Axundov. Bəyəndiyi qızlar [Məmmədbağıra] gəlməyirdi. S.Hüseyn. Xəlil onun sözlərini bəyənib güldü və qadına tərəf baxdı. M.Hüseyn.
    2. Məqbul, yaxşı, düzgün hesab etmək, tərifə layiq görmək, bir şey haqqında yaxşı fikirdə olmaq. Onun sözlərini hamı bəyəndi. İclas irəli sürülən təklifləri bəyəndi.
    3. Saymaq. O heç kəsi bəyənmir. ◊ Özünü bəyənən – başqasını saymayan, bəyənməyən; mütəkəbbir, lovğa, özü haqqında böyük fikirdə olan.
Şəxs
əvəzliyi
Fellərin şəxsə və zamana görə dəyişməsi Felin formaları Hallar Fellərin
hallanması
Keçmiş zaman İndiki
zaman
Gələcək zaman əmr arzu
(gərək...)
vacib lazım şərt
şühudi nəqli qəti qeyri-qəti
Mən bəyənmişdim bəyəndim bəyənirəm bəyənəcəyəm bəyənərəm bəyənim bəyənəm bəyənməliyəm bəyənəsiyəm bəyənsəm Adlıq bəyənmək
Sən bəyənmişdin bəyəndin bəyənirsən bəyənəcəksən bəyənərsən bəyən bəyənəsən bəyənməlisən bəyənəsisən bəyənsən Yiyəlik bəyənməyin
O bəyənmişdi bəyəndi bəyənir bəyənəcək bəyənər bəyənsin bəyənə bəyənməlidir bəyənəsidir bəyənsə Yönlük bəyənməyə
Biz bəyənmişdik bəyəndik bəyənirik bəyənəcəyik bəyənərik bəyənək bəyənək bəyənməliyik bəyənəsiyik bəyənsək Təsirlik bəyənməyi
Siz bəyənmişdiniz bəyəndiniz bəyənirsiniz bəyənəcəksiniz bəyənərsiniz bəyənəsiniz bəyənəsiniz bəyənməlisiniz bəyənəsisiniz bəyənsəniz Yerlik bəyənməkdə
Onlar bəyənmişdilər bəyəndilər bəyənirlər bəyənəcəklər bəyənərlər bəyənsinlər bəyənələr bəyənməlidirlər bəyənəsidirlər bəyənsələr Çıxışlıq bəyənməkdən


Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]