Məzmuna keç

rəqib

Wiktionary saytından
  • azərbaycanca: rəqib [ər.]

Mənalar :

  1. Eyni şeyi tələb edən, istəyən, arzu edən şəxslərdən hər biri. [Gülüş Dilbərə:] Görürsünüz ki, rəqibiniz nə qədər gücsüzdür. C.Cabbarlı. Heç o qədər də arzulamadığı və rəqibi olan qonağın – Aslan bəyin gəlişi Qasım bəyi açmadı. A.Şaiq. // Bir qıza vurulan aşiqlərdən hər birinə nisbətən hər biri.
  2. İdman yarışlarında iştirak edənlərdən hər biri; qarşı tərəf. Rəqibə ciddi müqavimət göstərmək. – Məmməd rəqibindən cəmisi bir sinə irəli keçib yarışı aparmışdı. H.Seyidbəyli.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]