Məzmuna keç

təşəkkür

Wiktionary saytından
  • azərbaycanca: təşəkkür

Mənalar :

  1. Edilən yaxşılığa, göstərilən diqqətə görə razılıq, minnətdarlıq. Ata Gülyazın əlini tutub təşəkkürünü bildirmək üçün sıxdı. Q.İlkin. Aydın təşəkkür dolu nəzərlə qıza baxdı. H.Seyidbəyli. // Bu hissi ifadə edən, minnətdarlıq bildirən (söz, məktub və s.). Təşəkkür məktubu. – Adam bunları Abbasqulu ağaya söylərkən bu cür mühüm bir xəbərdarlıq üçün ondan təşəkkür gözləmir. Ə.Sadıq. _Təşəkkür etmək – təşəkkür ifadə edən sözlər söyləmək, öz razılığını, minnətdarlığını bildirmək; minnətdarlıq etmək. Bayram yalnız təşəkkür eləmirdi. Bayram and içirdi. M.Hüseyn. // Birisinin zəhmətinə verilən rəsmi müsbət qiymət. Əmrlə təşəkkür elan etmək.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]