Məzmuna keç

diş

Wiktionary saytından
[1] diş
[2] diş
İsim Tək Cəm
Adlıq halı diş dişlər
Yiyəlik halı dişin dişlərin
Yönlük halı dişə dişlərə
Təsirlik halı dişi dişləri
Yerlik halı dişdə dişlərdə
Çıxışlıq halı dişdən dişlərdən
  • azərbaycanca: diş
  • Əski əlifba: دیش

Mənalar :[1]https://web.archive.org/web/20160314082916/https://azerdict.com/izahli-luget/di%C5%9F

    1. (Anatomiya) Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə. Uşağın dişi çıxır. Dişi ağrımaq. Dişi ilə tutmaq. Dişi ilə qoparmaq. Dişi qamaşmaq. Dişlərini xırçıldatmaq. _ Ağıl dişi – iyirmi yaşdan sonra çıxan axırıncı böyük diş. Dişi doldurmaq – dişi plomblamaq, dişə plomb qoymaq. Kəsən dişlər – ağzın qabaq tərəfində olub, yeyilən şeyi kəsib doğramaq vəzifəsini görən dişlər. Köpək dişlər – ağzın yan tərəfində olan dişlər. Qabaq dişlər – bax ön dişlər. Ön dişlər – bax kəsən dişlər. Əllisində əlif qəddin çəkilər; Altmışında ön dişlərin tökülər. “Koroğlu”. Süd dişi – uşağın ağzında çıxan və altı yaşdan sonra tökülüb daimi dişlərlə əvəz olunan birinci dişlər. Qaraca dədə isə başını aşağı salıb səssizcə gülürdü və qocanın gülüşü süd dişləri təzəcə tökülməyə başlamış bir uşaq gülüşünü andırırdı. Ə.Məmmədxanlı. Süni diş, taxma diş – sonradan qayrılma diş, qoyma diş. Yan dişlər – bax köpək dişlər.
    2. Müxtəlif alətlərin, maşın hissələrinin, çarxların kənarlarında, üstündə, yaxud uc tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik hissələrdən hər biri. Mişarın dişləri. Saat çarxının dişləri. Darağın dişləri.
    3. Bəzi meyvələrin dilim şəklində olan hissələrindən hər biri. Bir diş sarımsaq.

Tərcümələr Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]
İsim Tək Cəm
Adlıq halı diş dişler
Təsirlik halı dişi dişleri
Yönlük halı dişe dişlere
Yerlik halı dişte dişlerde
Çıxışlıq halı dişten dişlerden
Yiyəlik halı dişin dişlerin
  • türkcə: diş

Mənalar :

  1. (Anatomiya) Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə.
  2. Müxtəlif alətlərin, maşın hissələrinin, çarxların kənarlarında, üstündə, yaxud uc tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik hissələrdən hər biri.
  3. Bəzi meyvələrin dilim şəklində olan hissələrindən hər biri. Bir diş sarımsaq.
  • türkcə: diş - * azərbaycanca: diş

Şablon:İsim-hallanma11gag

  • qaqauzca: diş

Mənalar :

  1. (Anatomiya) Yeyilən şeyi tutmaq, dişləmək, xırdalamaq və çeynəmək üçün ağızda olan sümük törəmə.
  2. Müxtəlif alətlərin, maşın hissələrinin, çarxların kənarlarında, üstündə, yaxud uc tərəfində olan ucuiti çıxıntı və ya dilik-dilik hissələrdən hər biri.
  3. Bəzi meyvələrin dilim şəklində olan hissələrindən hər biri. Bir diş sarımsaq.
  • qaqauzca: diş - * azərbaycanca: diş

İsim diş (tk)- azərbaycanca:diş (tk)